“Sərsəng Harayı” sərgiləndi
Bu gün Şamaxıda “1905.az” portalı və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyası (AVCİYA) tərəfindən bir müddət əvvəl rəssamlar arasında keçirilən “Sərsəng Harayı” müsabiqəsinə təqdim olunan əsərlərin səyyar qalareyası təşkil olunub.
Teleqraf.com-un məlumatına görə, səyyar qalareya ilk olaraq, Şamaxıda ictimayyətə təqdim olunub. Tədbirdə çıxış edən Şamaxının millət vəkili Elxan Süleymanov bildirib ki, ermənilər 99 il əvvəl baş verməyən qondarma soyqırımını dünyaya tanıtdırmaq yolunda əlindən gələnləri edirlər. Onun sözlərinə görə, 1905-06-ci illərdə ermənilər Şamaxıda, 1918-cildə isə bütün Azərbaycan ərazisində kütləvi qırğınlar törədib: “Bu gün Sərsəıng su anbarı ətrafında yaranmış problem ermənilərin azərbaycanlılara qarşı təxribatının davamıdır. Su anbarının təhlükəsi ətraf 6 rayonu və bu bölgədə yaşayan 400 min insanı təhlükədə qoyub. Biz bu istiqamətdə müəyyən işlər gördük və AŞPA tərəfindən Sərsənglə bağlı məruzəşi təyin olunmasına nail olduq. Bu istiqamətdə hər bir azərbaycanlı əlindən gələni etməlidir”.