Sloveniya parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək

Mayın 17-də Sloveniya parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək. “Azadinform” xəbər verir ki, AvroNest Parlament Assambleyasında  Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti  dinləmələrdə iştirak etmək üçün Sloveniyaya səfərə gedəcək. Nümayəndə heyətinə sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa və Ceyhun Osmanlı daxildir. 

Sloveniya Milli Assambleyasında (Sloveniya Parlamenti) baş tutacaq dinləmələrdə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, işğal edilmiş ərazilərdə təcavüzkar dövlət tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının bütün insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması və Azərbaycan ərazilərinin işğalı səbəbindən ölkəmizə vurulmuş maddi və mənəvi zərərin miqyasına dair məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Milli Assambleyanın sədri Yanko Veber və Baş nazir Alenka Bratusiklə, Milli Assambleyanın Xarici Siyasət Komitəsi və Avropa İttifaqı Məsələləri komitəsinin üzvləri, eləcə də Sloveniya – Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Bundan başqa Natiq Əliyev Sloveniyanın iqtisadi inkişaf və texnologiya naziri Stanko Stepişnik ilə görüşəcək.

Səfər zamanı nümayəndə heyətinin üzvləri həmçinin Sempas şəhər meri tərəfindən qəbul ediləcək və Çepovanda Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin məzarını ziyarət edəcəklər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları