Sloveniya Parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək
17 may 2013-cü il tarixində Sloveniya Parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək. AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti dinləmələrdə iştirak etmək üçün Sloveniyaya səfərə gedəcək. Nümayəndə heyətinə Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa və Ceyhun Osmanlı daxildir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovdan aldığımız məlumata əsasən, Sloveniya Milli Assambleyasında (Sloveniya Parlamenti) baş tutacaq dinləmələrdə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, işğal edilmiş ərazilərdə təcavüzkar dövlət tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının bütün insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması və Azərbaycan ərazilərinin işğalı səbəbindən ölkəmizə vurulmuş maddi və mənəvi zərərin miqyasına dair məsələlər müzakirə ediləcək.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Milli Assambleyanın sədri Yanko Veber və Sloveniya Respublikasının baş naziri Alenka Bratusiklə, Milli Assambleyanın Xarici Siyasət Komitəsi və Avropa İttifaqı Məsələləri komitəsinin üzvləri, eləcə də Sloveniya – Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Bundan başqa Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev Sloveniya Respublikasının iqtisadi inkişaf və texnologiya naziri Stanko Stepişnik ilə görüşəcəkdir.Səfər zamanı nümayəndə heyətinin üzvləri həmçinin Sempas şəhər meri tərəfindən qəbul ediləcək və Çepovanda Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin məzarını ziyarət edəcəklər.