Sloveniya parlamentində Dağlıq Qarabağ probleminə dair bəyanat verildi

Mayın 17-də Lüblyanada Azərbaycan Respublikasının Parlament Nümayəndə heyəti ilə Sloveniya Respublikası Parlamentinin Xarici Əlaqələr Komitəsi üzvlərinin görüşü baş tutub. Modern.az-ın məlumatına görə, görüşdən sonra Sloveniya Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri xanım Janja Klasinc bəyanat verib.

Bəyanatda bildirilib ki, Sloveniya Respublikası Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri Dağlıq Qarabağ problemini müzakirə edib, sürətli və səmərəli dinc siyasi həll yolunun zəruriliyini, xarici hərbi hissələrin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını və artıq BMT Baş Assambleyasının 14 may 2008-ci il tarixli 86-cı plenar sessiyasında qəbul edilmiş qətnaməsində bildirildiyi və  BMT, Aİ, Avropa Şurasının bir sıra digər qətnamələri və sənədləri, eləcə də digər beynəlxalq təşkilatların sənədlərində təkrar edildiyi kimi, Azərbaycan Respublikasının tam suverenliyinin beynəlxalq tanınmış sərhədləri çərçivəsində real bərpasını vurğulayıblar.

“Milli Məclisin deputatı Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin üzvləri Sloveniya parlamentinin deputatlarına Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat veriblər. Bu məlumat həmin ərazilərdə 1992-1994-cü illərdə Ermənistanla Azərbaycan arasında gedən müharibə nəticəsində 20.000 insanın həlak olması və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayonun bir neçə yüz min əhalisinin zorla öz torpaqlarından çıxarılması faktlarını əhatə edib.
20 illik diplomatik fəaliyyət və müxtəlif vasitəçiliklər bu vaxta qədər hər hansı bir nəticə verməyib. Dağlıq Qarabağ problemi açıq olaraq qalır və bununla bərabər “dondurulmuş münaqişə” istənilən vaxt təhlükəli miqyasda böhrana çevrilə bilər.Aydındır ki, status-kvo problemin həllinə töhfə vermir, gözlənilməzdir, vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər və problemin dinc və konstruktiv həllinə, o cümlədən bütövlükdə strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən bu regionun sabitliyinə və Aİ-nın münaqişəyə cəlb olunmuş mühüm tərəfdaşları olan bu iki ölkənin inkişafına maneə yaradır”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları