“Sizi Azərbaycana qarşı siyasi təcavüzü dayandırmağa çağırıram”

Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa məktub yazıb.AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa məktub göndərib.

İnterAz – ın məlumatına görə, məktubda deyilir ki, Avropa Parlamenti Avropa Şurasının və Avronest PA-nın üzvü olan bir dövlətin, Ermənistanın, Avropa Şurasının üzvü olan digər dövlətin, Azərbaycanın torpaqlarını 25 ilə yaxın müddət ərzində işğal altında saxlamasına, işğalla bağlı qətnamələrin icrasına göz yumur, sanksiyalar tətbiq etməkdən açıq-aydın çəkinir: “İşğalçı dövlət olan Ermənistanda keçirilən prezident seçkiləri 5 nəfərlik rəsmi müşahidə missiyanız tərəfindən demokratik qiymətləndirilir və sizlər də həmin qiymətləndirməni dəstəkləyirsiniz.

Amma işğala məruz qalmış Azərbaycanda keçirilən seçkilərin 7 nəfərdən ibarət müşahidə missiyası tərəfindən müsbət qiymətləndirilməsinə baxmayaraq dözümsüzlük və qərəzlilik göstərərək, öz müşahidə missiyanızın nüfuzuna ciddi zərbə vurmaq bahasına olsa belə dərhal seçkilərin nəticələrinə kölgə salmaq məqsədi güdən qətnamə qəbul edirsiniz?! Qəbul etdiyiniz Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnamənizin 32-ci bəndində Azərbaycandakı son seçkilərin güya “ATƏT-in standartlarına cavab verməməsi” iddiasının əks olunması Avropa Parlamentinin öz müşahidə missiyasına inamsızlıq və hörmətsizlikdən başqa bir şey deyildir.”

Məktubda vurğulanıb ki, Avropa Parlamenti qəbul etdiyi 23 oktyabr tarixli Qətnamənin 32-ci bəndi Azərbaycana qarşı siyasi təcavüzdür. AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentini bütün bunlara son qoymağa və Azərbaycana qarşı siyasi təzavüzü dayandırmağa çağırıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları