Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi olmuşdur – 21.05.2011, saat 13.20

Mayın 21-də Şamaxının Şahxəndan qəbiristanlığında görkəmli şair və mütəfəkkir Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi olmuşdur. Mərasimi giriş sözü ilə qəbirüstü abidənin yenidənqurulmasının təşəbbüsçüsü və dəstəkçisi, Şamaxının millət vəkili Elxan Süleymanov  açmışdır. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini vurğulamışdır. Azərbaycan MEA-nın akademiki Bəkir Nəbiyev abidənin üzərindəki örtüyü götürmüşdür. Sonra, akademik Bəkir Nəbiyev, millət vəkilləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Xanhüseyn Kazımlı, bədii qiraət ustası Ağalar Bayramov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Səfa çıxış edərək,    S.Ə.Şirvanin Azərbaycan ədəbiyyatındakı rolundan bəhs etmiş, iştirakçısı olduqları hadisənin müstəsna əhəmiyyətini vurğulamışlar.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları