SEÇİCİLƏRLƏ DAHA BİR GÖRÜŞ BU DƏFƏ ŞAMAXI ŞƏHƏRİNDƏ

26 oktyabr saat 11.00-da 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin akt zalında Şamaxı şəhəri seçicilərinin böyük bir qrupu ilə görüşüb.

Görüşün aparıcısı namizədin vəkili İslam Baxşiyev olub.

Görüşdə Elxan Süleymanov geniş çıxış edib. Millət vəkilliyinə namizədin çıxışı alqışlarla qarşılanıb.

Tədbirdə Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli alim Asəf Nadirov, tanınmış elm adamlarından Şövqi Göyçaylı, Namiq Axundov və Rüstəm Məmmədov çıxışlar ediblər.

Alimlər seçiciləri doğru seçim etməyə, ən layiqli namizədə – Elxan Süleymanova səs verməyə çağırıblar. Seçicilər millət vəkilliyinə namizədi səmimi alqışlarla yola salıblar.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları