SEÇİCİLƏRƏ HÜQUQİ YARDIM
3 oktyabr 2011-ci ildə Şamaxının millət vəkili Elxan Süleymanovun rayon mərkəzində yerləşən qərargahında hüquqşünasların yerli sakinlərlə növbəti görüşü baş tutdu. Görüşdə təqribən 20 vətəndaşın ərizə və şikayətlərinə baxıldı. Bəzi vətəndaşlara yerində hüquqi yardım göstərildi. Bir sıra məsələrlə bağlı isə aidiyyəti orqanlara deputat sorğusu ilə müraciət etmək qərarı verildi.