Şamaxının müharibə veteranları ilə görüş keçirilib
Yeni Müsavat – 11 may 2011-ci il
Şamaxının müharibə veteranları ilə görüş keçirilib
Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Şamaxı rayonundan olan II Dünya müharibəsi veteranları ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan E. Süleymanov Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində göstərdiyi rəşadətdən, müharibədə Bakı neftinin həlledici rolundan danışaraq, bu sırada Şamaxı sakinlərinin də xüsusi rolunu qeyd edib.
Həmin dövrdə Şamaxının 43 min nəfər sakininin 28 % -nin müharibəyə könüllü getdiyini vurgulayan millət vəkili onların demək olar ki, yarıdan çoxunun döyüş meydanlarında həlak olduğunu vurğuladı. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nəsimi Abdullayev, şair Musa Yaqub, 1-ci, 2-ci , 3-cü dərəcəli “Şöhrət ” ordenli, 91 yaşlı Muradəli Heydərov çıxışında müharibə veteranlarını Qələbə günü münasibətilə təbrik edib, onların cəmiyyətin ən əziz, hörmətli insanları olduğunu bildiriblər.
Millət vəkili Elxan Süleymanov faşizm üzərində Qələbənin qazanılmasında müstəsna xidmətləri olan veteranlara bayram münasibətilə qiymətli hədiyyələr təqdim edib, onların qayğı və problemləri ilə maraqlanıb. Bildirilib ki, hazırda Şamaxıda 48 Böyük Vətən müharibəsi veteranı yaşayır.

Mərasim yerli incəsənət ustalarının ifasında musiqi proqramı ilə davam etdirilib.