Şamaxının müharibə veteranları ilə görüş keçirilib

“Həftə içi” – 11 may 2011-ci il Şamaxının müharibə veteranları ilə görüş keçirilib

Millət vəkili Elxan Süleymanov onlara qiymətli hədiyyələr verib.

Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Şamaxı rayonundan olan II Dünya müharibəsi veteranları ilə görüş keçirilib. AVCİYA-dan “Həftə içi”nə verilən məlumata görə,  görüşü giriş sözü ilə açan E. Süleymanov Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində göstərdiyi rəşadətdən, müharibədə Bakı neftinin həlledici rolundan danışaraq, bu sırada Şamaxı sakinlərinin də xüsusi rolunu qeyd edib. Həmin dövrdə Şamaxının 43 min nəfər sakininin 28 % -nin müharibəyə könüllü getdiyini vurgulayan millət vəkili onların demək olar ki, yarıdan çoxunun döyüş meydanlarında həlak olduğunu vurğuladı. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nəsimi Abdullayev, şair Musa Yaqub, 1-ci, 2-ci , 3-cü dərəcəli “Şöhrət ” ordenli, 91 yaşlı Muradəli Heydərov çıxışında müharibə veteranlarını Qələbə günü münasibətilə təbrik edib, onların cəmiyyətin ən əziz, hörmətli insanları olduğunu bildiriblər.

                                                “Həftə içi” – 11 may 2011-ci il

Millət vəkili Elxan Süleymanov faşizm üzərində Qələbənin qazanılmasında müstəsna xidmətləri olan veteranlara bayram münasibətilə qiymətli hədiyyələr təqdim edib, onların qayğı və problemləri ilə maraqlanıb. Bildirilib ki, hazırda Şamaxıda 48 Böyük Vətən müharibəsi veteranı yaşayır.
Mərasim yerli incəsənət ustalarının ifasında musiqi proqramı ilə davam etdirilib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları