Şamaxının millət vəkili müharibə veteranlarını təbrik etdi

veteran1

May ayının 9-da hər il olduğu kimi Şamaxının millət vəkili Elxan Süleymanov rayon ərazisində yaşayan müharibə veteranlarını təbrik edib. Millət vəkilinin rayondakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayev bir neçə veteranı evində ziyarət edib, onlara Elxan Süleymanovun təbrik məktublarını çatdırıb və pul mükafatları təqdim edib. Bir qrup müharibə veteranı ilə millət vəkilinin qərargahında da görüş olub.

Qeyd edək ki, Böyük Vətən müharibəsi illərində şamaxılılar cəbhəyə 12 549 nəfər əsgər yola salıblar. Müharibəyə gedən şamaxılılardan 1286 nəfəri qəhrəmancasına həlak olub, 4997 nəfər isə itkin düşüb. Hal-hazırda Şamaxıda 15 Böyük Vətən müharibəsi veteranı yaşayır.

veteran2

veteran3

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu