Şamaxının millət vəkili Elxan Süleymanov zəlzələ bölgəsində olub
Millli Məclisdə Şamaxını təmsil edən Elxan Süleymanov deputatı olduğu bölgəyə səfər edib.
Musavat.com xəbər verir ki, deputat rayonda yerli sakinlərlə görüşüb. Millət vəkili fevralın 5-də və 6-da baş vermiş təbii fəlakətdən zərər çəkən sakinlərə baş çəkib, qəzalı vəziyyətə düşən tikililərə baxış keçirib.
Şamaxı şəhərinin Səttar Bəhlulzadə və Vidadi Məmmədov küçələrində yerləşən 2, Şəhriyar qəsəbəsində 3 ünvanda olan Elxan Süleymanov zəlzələ nəticəsində yararsız hala düşmüş evlərdə yaşayan 5 ailəyə maddi yardım edib.
Musavat.com