Şamaxının millət vəkili Məlhəm məktəbinin birinci sinif şagirdlərini təbrik edib
Şamaxının millət vəkili Elxan Sülemanovun adından K.Nəbiyev adına Məlhəm kənd orta məktəbinin birinci sinif şagirdlərinə hədiyyə dəstləri təqdim olunub.
Hədiyyələri təqdim edən millət vəkilinin Şamaxı rayonundakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayev birinciləri, eləcə də məktəbin müəllim kollektivini E.Süleymanovun adından yeni dərs ili münasibəti ilə təbrik edib. Məktəbin direktoru Rəfiqə Ağayeva təhsil problemlərinə həmişə həssaslıqla yanaşan millət vəkili Elxan Süleymanova öz minnətdarlığını çatdırıb.