Şamaxıda “Şamaxı soyqırımı – 1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilib

SalamNews

Bakı, 14 mart, SalamNews, Ş.Nəzərli, F.İsazadə. Bu gün Şamaxının “Şərədil” istirahət mərkəzində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Şamaxı soyqırımı – 1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirib.

SalamNews xəbər verir ki, konfransı giriş sözü ilə açan assosiasiyanın prezidenti, millət vəkili Elxan Süleymanov 1918-ci ilin mart-aprel aylarında erməni quldurlarının bu ərazidə törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına məlumat verib.

Azərbaycan Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin icraçı direktoru Məhərrəm Zülfüqarlı “1918-ci il Şamaxı soyqırımı” mövzusunda məruzə edib.

Məruzə ətrafında müzakirələrdə çıxışlar və müəllifi Məhərrəm Zülfüqarlının özü olan “Şamaxı soyqırımı – 1918” kitabının təqdimatı olub.

Konfransın 2-ci məruzəsini Almaniya millət vəkili və Avropa Şurası Parlamenti Assambleyasının üzvü (2005—2009-cu illər) professor Haqqı Kəskin edib.

Konfransın işinə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, ombudsman Elmira Süleymanova, millət vəkilləri Sabir Hacıyev, Qənirə Paşayeva, tanınmış elm və mədəniyyət xadimləri, qonşu rayonlardan ziyalılar iştirak ediblər.

Xatırladaq ki, indiki konfrans AVCİYA-nın bu istiqamətdə keçirdiyi üçüncü layihəsidir. Əvvəlki layihələr “Xocalı soyqırımı” və “Qarabağ faciəsi” mövzusunda həyata keçirilib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları