Şamaxıda Sabirə həsr olunan bədii qiraət müsabiqəsi başa çatıb
Şamaxı şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan tədbir keçirilib. SAMF-ın sədri, şair Musa Yaqub M.Ə.Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışaraq bu işdə vətəndaş cəmiyyəti təmsilçilərinin də xüsusi rolu olduğunu qeyd edib. O, AVCIYA-nın rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Əfzələddin Xaqaninin Məlhəm kəndindəki abidəsinin və M.Ə.Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar Kollecinin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirib: “Eyni zamanda hər iki qurumun təşkilatçılığı ilə Şamaxıda M.Ə Sabir yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsi keçirilib. Bu ilin martından start götürən müsabiqə mayın 24-də sona çatıb.
Şamaxı şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan tədbir keçirilib. SAMF-ın sədri, şair Musa Yaqub M.Ə.Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışaraq bu işdə vətəndaş cəmiyyəti təmsilçilərinin də xüsusi rolu olduğunu qeyd edib. O, AVCIYA-nın rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Əfzələddin Xaqaninin Məlhəm kəndindəki abidəsinin və M.Ə.Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar Kollecinin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirib: “Eyni zamanda hər iki qurumun təşkilatçılığı ilə Şamaxıda M.Ə Sabir yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsi keçirilib. Bu ilin martından start götürən müsabiqə mayın 24-də sona çatıb. Sevindirici haldır ki, müsabiqədə Şamaxıda təhsil alan şagird və tələbələr böyük həvəslə iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Təşkilatçı olaraq, Sabir yaradıcılığına qiymətləndirərək bu müsabiqələrin ənənəvi olaraq keçirilməsini nəzərdə tutmuşuq”. Şamaxı rayon icra hakimiyyəti başçısının müavini Əşrəf Şükürov belə tədbirlərin rayonunun ictimai həyatında xüsusi əhəmiyyətə malik olduğunu, şagird və tələbələrə stimul verdiyini qeyd edib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu tədbirin təşkilatçılarına Birliyin sədri, xalq yazıçısı Anarın təbriklərini çatdıraraq, bu xeyirxah missiyanın davamlı olmasını arzulayıb. Müsabiqənin münsiflər heyətinin sədri, xalq artisti Tofiq İsmayılov yarışmanın təşkili haqqında məlumat verərək bildirib ki, final turunda 61 nəfər iştirak edib. Onun sözlərinə görə, müsabiqədə 10 nəfər qalib adını qazanıb: “ Günay Məmişova, Ruslan Məmişov 1-ci yerə, Lamiyə Mirzəyeva, Zərəfşan Kərimova, Afaq Qarayeva 2-ci yerə, Elnarə Pənahova, Nəzrin Əfəndiyeva, Nuranə Heybətova, Elcan Məcdunov, Tərlan Məmmədov isə 3-cü yerə layiq görülüb. Onların hər birinə uğurlar arzu edirik”. AVCİYA-nın prezidenti, Şamaxıdan millət vəkili Elxan Süleymanov M.Ə.Sabir şəxsiyyəti, yaradıcılığı və onun Azərbaycan xalqının maariflənməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat danışaraq, belə müsabiqələrin gənc nəslin vətənpərvər ruhda yetişməsi, onların elmə, təhsilə olan marağının artması üçün vacib olduğunu diqqətə çatdırıb. Qalibləri təbrik edən assosiasiya rəhbəri onlara pul mükafatı, kitablar və diplomlar verib: “Bununla yanaşı, 10 nəfər qalibin hər birinə Sabirin 150 illik yubileyinədək 50 manat təqaüd veriləcək. Eyni zamanda qeyd edim ki, assosiasiya Söz Azadlığını Müdafiə Fondu ilə birlikdə Sabir yaradıcılığına həsr olunan ümumrespublika bədii qiraət müsabiqəsinə start verib. Bununla bağlı təşkilat komitəsi yaradılıb. Bu müsabiqənin yekun turu isə 2012-ci ilin may ayında Şamaxıda yekunlaşacaq”. Tədbirdə Şamaxı ziyalılarından Eyvaz Eminalıyev, əməkdar artist Ağalar Bayramov da M.Ə.Sabir yaradıcılığından geniş söz açaraq, qalibləri təbrik ediblər.