Şamaxıda Qarabağ əlilinin yeni ailə həyatı qurmuş oğlu üçün tikilmiş evin açılışı olub

Bakı – APA. Şamaxı rayonunda Qarabağ müharibəsi əlili Mərdan Hacıyevin yeni ailə həyatı qurmuş oğlu Bəhlul Hacıyev üçün tikilmiş evin açılışı olub. APA-nın məlumatına görə, Qalaybuğurt kəndi ərazisində inşa olunan 4 otaqlı mənzilin tikilməsi millət vəkili Elxan Süleymanovun təşəbbüsü və şəxsi təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində millət vəkili Elxan Süleymanov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşar da iştirak edib.
Millət vəkili Elxan Süleymanov mərasimdə çıxış edərək, Qarabağ müharibəsi iştirakçısı Mərdan Hacıyevin qəhrəmanlığından, nümunəvi insani keyfiyyətlərindən danışıb. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov isə təşəbbüsə və göstərdiyi köməkliyə görə Elxan Süleymanova təşəkkür edib. O bildirib ki, əlil və aztəminatlı insanların problemləri hər zaman diqqət mərkəzində olmalıdır.
Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşar isə yeni ailə həyatı qurmuş gənclərə gətirdiyi sovqatları təqdim edib. O, hər dəfə Şamaxıya gələrkən çox sevindiyini, buranın insanlarına bağlandığını deyib.
Qeyd edək ki, Elxan Süleymanov Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun rəhbəridir. Bu ilin sonunadək Belçikada Azərbaycanın tanınmış şairi Mirzə Ələkbər Sabirin heykəlinin açılışı olacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları