Şamaxıda növbəti xeyriyyəçilik tədbiri

Şamaxıdan Milli Məclisə deputat seçilmiş Elxan Süleymanov artıq rayon sakinləri arasında xeyriyyəçi kimi tanınır.

Bir neçə ay əvvəl Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsini inşa etdirən, kimsəsiz, xəstə ailələrə baş çəkib onların problemləri ilə maraqlanan, imkansız tələbələrə maddi yardım göstərən E.Süleymanov iyulun 7-də daha bir xeyriyyəçilik tədbiri keçirmişdir. Deputat Şamaxının ucqar Qaleybuğurd kəndində Qarabağ müharibəsi iştirakçısı Mərdan Hacıyevin oğlu Bəhlul Hacıyevə toy şənliyi keçirmişdir.

E.Süleymanovun dəvəti ilə şənlikdə Milli Məclisin bir qrup deputatı, respublikamızın tanınmış ziyalıları, sənət adamları, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar başda olmaqla xarici qonaqlar iştirak etmişlər.

Toy mərasimində Elxan Süleymanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək yeni ailə həyatı quran gəncləri – Bəhlul və Ramiləni təbrik etmiş, onlara xoşbəxt həyat arzulamışlar. Onlar getdikcə qüdrətlənən Azərbaycanın bir parçası olan Şamaxının inkişafından, insanların həyatının gündən-günə yaxşılaşmasından iftixarla söz açmışlar.

Yeni ailə quranlar üçün deputatın şəxsi vəsaiti hesabına tikiləcək 3 otaqlı fərdi evin təməlqoyma mərasimi olmuşdur.

Toy mərasimində respublikamızın tanınmış incəsənət ustaları Azərinin, Zabit Nəbizadənin və başqalarının ifasında səslənən xalq mahnıları və muğamlarımız məclisin xoş ahənginə xüsusi ovqat gətirmişdir.

Elxan Süleymanov jurnalistlərə müsahibəsində xeyriyyəçilik sahəsində gələcək planlarından danışmışdır.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları