Şamaxıda hüquqi yardım günü keçirilmişdir
14 aprel 2011-ci il tarixində millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxı sakinləri üçün hüquqi yardım günü keçirilmişdir. Hüquqşünas qrupu ilə görüşə 20-yə yaxın vətəndaş gəlmişdi. Vətəndaşların əksəriyyətinə hüquqi məsləhətlər verilmiş, bir çoxlarının şikayət ərizələri götürülmüşdür. Müraciətlər əsasən rayonda yol problemi, torpaq mübahisələri, qaz və su təchizatı, məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur. Bundan başqa vətəndaşlar bir çox qurumlarda onların müraciətlərinə baxılmaması, ərizə və şikayətlərinə cavab verilməməsi ilə bağlı haqlı narazılıqlarını bildirmişlər.