Şamaxı sakinlərinə hüquqi yardım kampaniyası davam edir

Şamaxı rayonunun millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 18 iyul 2011-ci il tarixində Şamaxıda millət vəkilinin qərargahında rayon sakinləri üçün hüquqi yardım günü keçirilmişdir. Hüquqşünas qrupu ilə görüşə 20-dək vətəndaş gəlmişdir. Vətəndaşların əksəriyyətinə hüquqi məsləhətlər verilmiş, bir çoxlarının şikayət ərizələri icraata götürülmüşdür.

 Müraciətlər əsasən rayonda ev problemi, torpaq mübahisələri, boşanma ilə əlaqədar əmlak mübahisələri, məhkəmə qərarlarının icrası ilə əlaqədar olmuşdur. Bundan başqa vətəndaşlar bir sıra əlaqədar qurumlarda onların müraciətlərinə vaxtında baxılmaması, ərizə və şikayətlərinə cavab verilməməsi ilə bağlı haqlı narazılıqlarını bildirmişlər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları