Sabah Avropa Parlamentində Ramil Səfərovun işi ilə bağlı qətnamə müzakirəyə çıxarılacaq

Parlamentin Liberallar Qrupu müvafiq sənədi müdafiə etməmək haqqında qərar qəbul edib

Sabah Avropa Parlamentinin (AP) plenar sessiyasında azərbaycanlı zabit Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə müzakirəyə çıxarılacaq. ANS PRESS AzərTAc-a istinadən xəbər verir ki, sessiya ərəfəsində Avropa Parlamentinin liberallar qrupunun daxili iclası keçirilib. Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, sentyabrın 11-də keçirilmiş iclasda Avropa Parlamentinin rumıniyalı deputatı Norika Nikolay Liberallar Qrupunun Ramil Səfərovun işi ilə bağlı qətnamə layihəsini imzalamamağı təklif edib. Təklif qəbul olunub. Liberallar Qrupu Azərbaycan zabiti ilə bağlı qətnamənin müdafiə olunmaması haqqında qərar qəbul edib.

Liberallar hesab edir ki, bu qətnamə qeyri–obyektivdir və sənədin heç bir hüquqi əsası yoxdur. Belə ki, qətnamə Avropa Parlamenti Prosedur Qaydalarının 122-ci bəndindəki Təcili Qətnamələr adlı tələbə uyğun gəlmir və münaqişə tərəfləri arasında müharibəyə aparan hal kimi qəbul edilə bilər. Liberalların qətnamədən imtina etməsinə qrupun böyük əksəriyyəti səs verib.

Liberalların bu layihəni imzalamaması sənədin bütün siyasi qruplar tərəfindən birgə qətnamə təklifi olmayacağı deməkdir. Nəticədə Avropa Parlamentinin plenar iclasında səsvermə üçün vahid mətn olmayacaq. Hətta iclasda hər hansı sənəd qəbul edilsə belə bu, bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində sənəd olacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları