Ramil Səfərovun işi ilə bağlı Avropa Parlamentinin prezidentinə məktub göndərilib

Avropa Parlamentinin prezidentinə, Avropa Parlamenti üzvlərinə, Avronest Parlament Assambleyası həmsədrlərinə, Şərq tərəfdaşlığı ölkələrinin Avronest PA üzvlərinə Ramil Səfərovla bağla məktub ünvanlanıb.

SalamNews-un məlumatına görə, məktubu Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri, deputat Elxan Süleymanov göndərib.

O, Ramil Səfərovun işi ilə bağlı Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin mövqeyini diqqətə çatdırıb. Bildirilib ki, bu məsələ bəzi emosional reaksiyalara səbəb olub. Hüquqi cəhətdən aydındır ki, – beynəlxalq təşkilatlar tərəfindən də təstiq olunduğu kimi, – Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması, “Məhkum Olunmuş Şəxslərin Ekstradisiyası üzrə Avropa Konvensiyası” na əsasən həyata keçirilib. Hər iki dövlət bu konvensiyanı imzalayıblar. Bu halda ekstradisiya prossesi və daha sonra əfv bu Avropa Konvensiyası və beynəlxalq hüquq standartlarına tam uyğundur.

Məktubda deyilir: “Ermənistanın Ramil Səfərovla bağlı beynəlxalq aləmdə qaldirdığı bu müzakirə onların təcavüzlə işğal etdikləri ərazilərdə qanunsuz möhkəmlənməsi və bəynəlxalq təşkilatların, (BMT, AŞPA, AP, ATƏT və s.) qeyd-şərtsiz zəbt olunmuş torpaqları işğaldan azad etməsi tələblərindən imtina etməsi məqsədi güdür. Təəssüflə qeyd edirik ki, Ramil Səfərovla bağlı müzakirə və Azərbaycanlı mülki şəxslərin ermənilər tərəfindən davamlı qətlə yetirilməsi yuxarıda qeyd olunan beynəlxalq təşkilatların qərarlarının Ermənistan tərəfindən yerinə yetirilməməsinin nəticəsidir”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları