Ramil Səfərovla bağlı Prezidentə müraciət edildi

 

Azərbaycanın Avronest Parlament Assambleyasındakı Nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin 13 sentyabr 2012-ci ildə qəbul etdiyi Qətnamə ilə əlaqədarAvropa Parlamentinin Prezidenti Martin Şulza məktub göndərib. Publika.Az-ın verdiyi xəbərə görə, məktubda Parlamentin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə böyük bir şok yaşatdığı bildirilir.

E.Süleymanov çox narahatedici haldır ki, tələsik keçirilən və müzakirədə iştirak edənlərin bir çoxunun Azərbaycan və Ermənistanda vəziyyətdən sadəcə məlumatsız olduğu prosedurda Parlament üzvlərinin 10%-dən az hissəsi bu cür sənədə səs verə bilər. Hətta mənsub olduğunuz siyasi ailə – Sosial-Demokratlar Qrupunun üzvləri mətni səhvən dəstəklədikdən sonra səslərini dəyişdilər.

“Bu məsələyə dair böyük bir xahişimi sizə çatdırmaq istəyirəm. Biz Parlamentin bizi müzakirə etməsini yüksək qiymətləndiririk. Müzakirələri təqdir edir və onlardan öyrənə biləcəyimizi düşünürük. Lakin biz belə müzakirələrin məlumatlı keçməsini və ölkəmizdəki real faktlara əsaslanmasını istərdik, çünki sentyabrın 13-ü təqdim edilmiş mətn və onun müzakirəsinin işğal edilmiş ərazilər və ya Azərbaycandakı müharibə ilə heç bir əlaqəsi yoxdur – bu, Macarıstanlı AP deputatları və onların müvafiq müttəfiqləri arasındakı siyasi məsələ idi. Sizdən vəziyyətimizə ciddi yanaşmağınızı və neçə illərdən bəri azad və demokratik dövlət kimi potensialımıza nail olmağımızın qarşısını almış işğala dinc yolla həll tapmaq səylərimizi dəyərləndirməyinizi xahiş edirik”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları