Qətnamə təklifinə dəstək artdığı üçün AŞPA-dan Dağlıq Qarabağ məsələsinə dair ədalətli dinləmələrin keçirilməsi xahiş edildi
Bakı, Azərbaycan, 18 iyun, 2014-cü il
Avropa Şurası Parlament Assambleyasının Krımdakı son hadisələrindəki roluna görə Rusiyaya qarşı olduğu kimi, Dağlıq Qarabağın işğalı ilə əlaqədar Ermənistanın təşkilatda hüquqlarının dayandırılmasını tələb edən qətnamə layihəsi ilə bağlı ədalətli dinləmələr keçirəcəyi sual altına alınıb.
Gələn həftə Strasburqda keçiriləcək yay sessiyasından əvvəl irəli sürülmüş və qətnamə layihəsi 58 AŞPA üzvü tərəfindən imzalanıb və bu sənədə məruzəçinin təyin olunması Siyasi Məsələlər Komitəsi və ya hətta Monitorinq Komitəsində baxılması mümkündür.
10 aprel 2014-cü il tarixində AŞPA-nın Russiyanın səsvermə hüquqlarını dayandırmasına istinad edən mouşn sənədi AŞPA-nı “eyni standarta hörmət edərək, Assambleyanı Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə məhz eyni sanksiyaları – AŞPA-da onların səsvermə hüquqlarının dayandırılmasını və rəhbər orqanlardan çıxarılmalarını tətbiq etməyə” çağırır.
Qətnamə layihəsinin müəllifi olan azərbaycanlı deputat və AŞPA nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA Baş Katibi Voysix Saviçkinin “ayrıseçkilik nümayiş etdirməyəcəyinə” və məsələnin müzakirə olunmasına imkan yaradacağına ümidvar olduğunu bildirib.
O, AŞPA-ya açıq məktub ünvanlayıb. Məktubda deyilir: “Ümid edirəm ki, Azərbaycan torpaqlarının 22 il ərzində işğal altında olduğunu, …, eləcə də Krımın işğal olunması səbəbindən AŞPA-da Rusiya nümayəndə heyətinə sanksiya tətbiq edilməsi faktını nəzərə alaraq 14 ölkəni təmsil edən 58 AŞPA üzvünün imzası ilə təqdim olunmuş Qətnamə layihəsi ilə bağlı obyektivlik nümayiş etdirəcəkdir.”
AŞPA Prezidenti Ann Brassör və Avropa Şurası Baş Katibi Tyorbyörn Yaqlanda da ünvalanmış bu məktubda eyni zamanda AŞPA-nın 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnamədən də sitat gətirilib: “Üzv dövlət tərəfindən xarici ərazinin işğalı həmin dövlətin, Avropa Şurası üzvü kimi, öhdəliklərinin ciddi pozulması deməkdir”.
Süleymanov öz məktubunda qətnamə layihəsinin izlənilməsinə vaxt ayırmaq imkanlarına optimist yanaşdığını bildirib.
“Hesab edirəm ki, AŞPA rəhbərliyi və Baş Katib Savitski 58 deputat tərəfindən imzalanmış bu sənədin Sədarət Komitəsi və Büro iclasları zamanı müzakirə edilməsinin və mövcud prosedur qaydalarının yerinə yetirilıməsini AŞPA-nın nəzərinə çatdırılmasının vacibliyini anlayacaqdır”- o əlavə edib.
BMT Təhlükəsizlik Şurası (UNSC 822, 853, 874 və 887/1993), Avropa Parlamenti və ATƏT kimi, AŞPA da Ermənistan ordusunun Dağlıq Qarabağ ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul etmişdir.
İngilis, Fransız və Alman dillərində 231 saytda yerləşdirilib.