Qaleybuğurdda yaddaqalan görüş
24 oktyabrda 85 saylı Şamaxı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Qaleybuğurd kəndində eyni adlı kəndin, eləcə də Sis, Keçmədin və Qaladərəsi kəndlərinin seçiciləri ilə görüş keçirib.
Görüşün aparıcısı namizədin vəkili Əzizağa Süleymanov olub.
Qaleybuğurd kənd klubunda baş tutan görüşdə Elxan Süleymanov geniş çıxış edib. Millət vəkilliyinə namizəd öz çıxışında diqqəti həm də rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının bir neçə il bundan əvvəl böyük uğurla gerçəkləşdirdiyi “Milyon imza – bir tələb” kampaniyasına yönəldib. Qeyd edək ki, bu kampaniya çərçivəsində Xocalı faciəsinin soyqırım aktı kimi tanınmasını dünya parlamentlərindən tələb edən bir milyon Azərbaycan vətəndaşının imzaları toplanaraq planetin siyasi qərarlar qəbul edilən ən mühüm mərkəzlərinə göndərilmişdi. İmzaların toplandığı onlarla cilddən ibarət toplunun nüsxələri dünyanın mötəbər kitabxanalarında saxlanılır.
Elxan Süleymanovun çıxışı alqışlarla qarşılanıb.
Tədbirə qatılan qonaqlardan görkəmli kinorejissor, xalq artisti Tofiq İsmayılov, tanınmış jurnalist və hüquq müdafiəçisi Ənvər Qafarlı, hüquq elmləri doktoru, professor Kamil Səlimov millət vəkilliyinə namizəd Elxan Süleymanovun həyat yolunun mühüm mərhələlərindən söhbət açıblar. Çıxışlar böyük maraqla dinlənilib.