QALEYBUĞURDDA TOY SEVİNCİ
7 iyul 2011-ci ildə Şamaxının Qaleybuğurd kəndində Bəhlul və Ramilənin toy məclisi keçiriləcək. Şamaxının millət vəkilinin dəstəyi ilə baş tutacaq mərasimdə Azərbaycan Milli Məclisinin və cənab Philippe Blanchart başda olmaqla Belçika – Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Şamaxı rayonunun rəhbərliyi, tanınmış ziyalılar və sənətçilər iştirak edəcəklər. Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə gənc ailə üçün inşa ediləcək yaşayış evinin təməlqoyması da baş tutacaq.