Qafqaz Universitetində Heydər Əliyev haqqında kitabın təqdimatı olub
Qafqaz Universitetində “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” (türk dilində) kitabının təqdimatı olub. Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri mərasimdə universitetin rektoru, professor Əhməd Saniç ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Bildirib ki, ümummilli lider haqqında nə qədər kitablar, elmi əsərlər yazılsa da, bu dahi şəxsiyyətin fəaliyyətinin araşdırılması üçün kifayət etmir,.Rektor H.Əliyevin Azərbaycanın müstəqil dövlət quruculuğu yolunda atdığı addımlardan da söz açıb.
. Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği 2004-cü il may ayının 10-da – Ulu Öndərin ad günündə yaradılmış Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əsas fəaliyyət sahəsidir. Böyük Heydər Əliyevin zəngin irsini 49 dildə internet vasitəsilə dünya oxucularına çatdıran Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müxtəlif dillərdə onlarla kitab, broşür və buklet nəşr edilib: “Yalnız 2011-ci ildə nəşriyyat qrupumuz tərəfindən Azərbaycan və ingilis dillərində “Azərbaycan vahid və bölünməz Avropada”, Azərbaycan və gürcü dillərində “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” və Azərbaycan və ingilis dillərində “Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)” adlı kitablarımız nəşr olunub”. Onun sözlərinə görə, “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr edilib. Kitabın türk dilində tam versiyası, ingilis dilində isə bütün sənədlərin qısa məzmunu təqdim olunub. Bu kitab Mərkəzin türk dilində təqdim edilən ilk böyük layihəsidir. Kitabda Ümummilli Lider Heydər Əliyevin tərcümeyi-halı, 1993-2003-cü illəri əhatə edən 52 çıxış və müraciəti, Azərbaycan-Türkiyə münasibətləri haqqında tarixi arayış, məlumat-soraq materialları və foto-sənədlər yer alıb.Digər çıxış edənlər müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyaya tanınmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolundan danışıb, “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının əhəmiyyətindən bəhs ediblər.Tədbirin sonunda yaradıcı qrupun rəhbəri Fuad Babayevə Qafqaz Universitetinin fəxri plaketi təqdim olunub.