Parisdə AŞ PA-nın Monitorinq Komitəsinin iclası keçirilmişdir

Dünən, noyabr ayının 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti iclası keçirilib. Monitorinq Komitəsinin iclasında Azərbaycanı AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və AŞ PA-da Azərbaycan nümayəndə heyətinin və Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov təmsil ediblər.

Elxan Seleymanovdan aldığımız məlumata əsasən iclasda Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı məlumat xarakterli müzakirələr olub. Müzakirələr zamanı Prezident seçkilərində AŞPA müşahidə missiyasının rəhbəri Robert Uolter və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntla yanaşı daha 12 nəfər parlament üzvü çıxış ediblər. Çıxış edənlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycanda keçirilən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini, ATƏT və Avropa Şurasının standartlarına uyğun olduğunu vurğulayıblar. Iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov prezident seçkiləri ilə bağlı geniş məlumat vermiş və ATƏT DTİHB-nin qərəzli mövqeyini təkzibolunmaz faktlarla ifşa etmişdir.

Elxan Süleymanov çıxışında seçkilərlə bağlı geniş şərh vermiş, bəzi seçki sonrası hücumların səbəblərini göstərərək bildirmişdir ki, “istər ölkə daxilində, istərsə də xaricdə olan bəzi qüvvələr seçkilərin belə müsbət qiymətləndiriləcəyini gözləmirdilər. Onlar ümid edirdilər ki, beynəlxalq təşkilatlar seçkilərə mənfi rəy verəcək və bununla da onlar Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək imkanı əldə edəcəklər. Lakin bu plan baş tutmadı. Bundan qəzəblənən həmin qüvvələr Azərbaycana qarşı ədalətsiz hücumlara start verdilər”.  Millət vəkili çıxışında AŞPA, AP və ATƏT PA müşahidə missiyaları ilə ATƏT DTİHB-nin müşahidə missiyasının fərqli mövqedən çıxış etməsinə də aydınlıq gətirərək qeyd etmişdir ki, “seçkiləri müsbət qiymətləndirən 3 nüfuzlu beynəlxalq qurumun müşahidə missiyasında parlamentarilər təmsil olunurlar. Onlar azad və müstəqil insanlardır, heç bir qurumdan və şəxsdən asılı deyillər. Bu insanlar İnsan Haqları Evinin nümayəndələridirlər. Demokratiyanın beşiyi olan Parlament üzvləridir. ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri isə əvvəlcədən təlim keçərək formalaşmaqla özlərindən yüksək ranqlı məmurlardan göstərişlər alan, həmin göstərişlərə əməl etməsələr iş yerlərini, eləcə də digər seçkilərdə müşahidəçi kimi iştirak etmək imkanlarını itirə biləcəkləri qorxusunu yaşayan kiçik ranqlı məmurlardan ibarətdir. Təsadüfi deyil ki, ATƏT-in fəaliyyətdə olan hazırki Sədri də ATƏT DTİHB-nin müşahidə missiyasının yox, parlament üzvlərindən formalaşmış 3 beynəlxalq müşahidə missiyasının seçkilərlə bağlı müsbət bəyanatlarını dəstəkləyib. ATƏT DTİHB müşahidə missiyasının qərəzli olduğunu və yalan məlumatlar verdiyini sübut edən bir fakta diqqətinizi yönəldirəm. Hesabatda sənədin guya ATƏT DTİHB və ATƏT PA-nın birgə səyləri nəticəsində ərsəyə gəlməsi barədə iddialara ATƏT PA müşahidə missiyasının koordinatoru və qısa müddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazan bəyanat verərək bildirib ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri kimi o, özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak etmişdir və qəbul edilən sənədə etirazını bildirmişdir”.an Seleymanovdan aldığımız məlumata əsasən iclasda Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı məlumat xarakterli müzakirələr olub. Müzakirələr zamanı Prezident seçkilərində AŞPA müşahidə missiyasının rəhbəri Robert Uolter və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntla yanaşı daha 12 nəfər parlament üzvü çıxış ediblər. Çıxış edənlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycanda keçirilən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini, ATƏT və Avropa Şurasının standartlarına uyğun olduğunu vurğulayıblar. Iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov prezident seçkiləri ilə bağlı geniş məlumat vermiş və ATƏT DTİHB-nin qərəzli mövqeyini təkzibolunmaz faktlarla ifşa etmişdir.

Elxan Süleymanov Avropa Parlamentinin Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnaməsinin 32-ci bəndinə də münasibət bidirərək vurğulamışdır ki, “Avropa Parlamenti bununla öz müşahidə misiyasının seçkilərlə bağlı müsbət qiymətləndirməsinə    hörmətsizlik və inamsızlıq nümayiş etdirmiş, ATƏT-in bir Bürosunun (ATƏT DTHİB) nəticələrinə istinad edərək seçkilərin ATƏT standartlarına cavab verməməsi kimi qiymətləndirmişdir. Buradan haqlı sual doğur, Avropa Parlamentinin faktiki mövqeyi nədir? Azərbaycan ilə əməkdaşlıq etmək, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istəyirmi? Öz hesabatlarını və nümayəndə heyyətlərini tanıyırmı?! Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların təcrübəsində heç vaxt olmayan, öz rəsmi müşahidə missiyasına saymazyana yanaşmaqla tərəfdaşına qarşı belə anormal vəziyyəti yaratmaqda məqsədi nədir? Avropa Parlamenti öz müşahidə missiyasına inamsızlıq etməklə əslində Azərbaycana yox, öz imicinə zərbə vurub”. Sonda millət vəkili çıxışını ölkə daxilində və xaricində Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlərə xitabən bu sözlərlə bitirib: “Şübhəsiz qalibin qələbəsini etiraf etmək lazımdır”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları