Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun nümayəndələri Azərbaycanda səfərdədirlər
4 iyun 2012-ci il
Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin rəhbəri olduğu Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun (NÇDİ) proqram meneceri Kati Piri və NÇDİ-nin Gürcüstandakı yerli nümayəndəsi Levan Tsutskiridze iyunun 3-dən Azərbaycanda səfərdədirlər.
İyunun 5-dək davam edəcək səfərin məqsədi Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyaların NÇDİ ilə əməkdaşlıq maraqlarını öyrənməkdir.
Səfərin ilk günündə NÇDİ nümayəndələri Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovla görüşmüş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
NÇDİ nümayəndələri Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşəcəklər