Natiq Əliyev Sloveniyada səfərdə olub

16-17 may 2013-cü il tarixlərində Sloveniya Parlamentinin Xarici Siyasət Komitəsinin sədri xanim Yanya Klasincin dəvəti ilə Avronest PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov başda olmaqla parlament nümayəndə heyətinin üzvləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Ceyhun Osmanlı və Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri Natiq Əliyev Sloveniyada səfərdə olmuşlar.

Səfərin ilk gunu Azərbaycan nümayəndə heyətinin üzvləri Çepovanda Sovet İttifaqi Qəhrəmanı Mehdi Hüseynzadənin məzarıni ziyarət ediblər. Azərbaycan nümayəndə heyətinin üzvlərini Sloveniya – Azərbaycan dostluq qrupunun sədri cənab İvan Basin salamlayib.

Sempas səhərində nümayəndə heyətinin üzvləri şəhər rəhbərliyi və Sloveniya – Azərbaycan dostluq qrupun fəallari tərəfindən səmimi qarşılanıblar. Mehdi Hüseynzadənin abidəsi ziyarət olunub.

Səfərin ikinci gunu Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri Natiq Əliyev Sloveniya Respublikası İqtisadi İnkişaf və Texnologiya Naziri Stanko Stepişnik Sloveniya – Azərbaycan iqtisadi əməkdaşlığının perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan nümayəndə heyəti üzvlərini qebul eden Sloveniya parlamentinin sədri cənab Yanko Veberlə olkələr arasında tarixi qardaşlıq əlaqələri və əməkdaşlıq perspektivləri barede muzakirələr aparılıb.

Sloveniya Parlamentinin Xarici Siyasət Komitəsi və Avropa İttifaqı Məsələləri komitəsinin üzvləri ilə görüşdə Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində ölkəmizə vurulmuş maddi və mənəvi zərərin miqyası, işğal edilmiş ərazilərdə təcavüzkar dövlət tərəfindən aparılmış etnik təmizləmə nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqlarının kütləvi və kobud şəkildə pozulması barədə genis məlumat verilib.

Tədbir və ondan sonra bas tutan mətbuat konfransı zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 ətraf rayon da daxil olmaqla, ərazimizin 20%-nin Ermənistan tərəfindən işğal edilməsi və indiyədək həmin ərazilərin işğal altında saxlanılması müstəqillik dövründə Azərbaycanın qarşılaşdığı ən böyük problem kimi diqqətə çatdırılıb. Odur ki, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması Azərbaycanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biridir. Dağlıq Qarabağ problemi münaqişə deyil, bu, Ermənistanın Azərbaycana silahlı təcavüzüdür. Ermənistan təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan tərəfdir. Bu müharibə nəticəsində Azərbaycan xalqına böyük mənəvi və maddi ziyan vurulub. Bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqları pozulub.

Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən qətnamələr qəbul edildiyini deyən nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, bu sənədlərdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması, Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğal edilməsi faktları və bu problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi dəfələrlə vurğulanıb. Bu sənədlərdə, eyni zamanda, işğal altında olan ərazilərin nəzarətsiz zonaya çevrilməsi, işğal nəticəsində yerli əhalinin hüquqlarının kütləvi və kobud şəkildə pozulması, həmin ərazilərdə işğalçı dövlət tərəfindən etnik təmizləmə siyasətinin aparılması, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının bərpa edilməsi tələb edilib.

Millət vəkili ATƏT-in Minsk qrupunun 20 ildir fəaliyyət göstərsə də, indiyədək heç bir nəticə əldə edilmədiyini, bir çox hallarda isə problemin həllinə, yüz minlərlə məcburi köçkün həyatı yaşayan insanların taleyinə, onların öz evlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməsinə beynəlxalq qurumlar, eyni zamanda bəzi siyasətçilər, deputatlar, rəsmi şəxslər tərəfindən açıq-aşkar biganəlik nümayiş etdirildiyini təəssüf hissi ilə qeyd edib.

Azərbaycan Avropanın sədaqətli tərəfdaşı olması, Avropanin enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynadığı qeyd edilmiş, Azərbaycanın Avropa İttifaqınin Şərq Tərəfdaşlığı proqramının iştirakçısı və Avronest Parlament Assambleyasının təsisçilərindən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Elə həmin gun Azərbaycan nümayəndə heyəti Sloveniya Respublikasının Baş Naziri xanım Alenka Bratusik tərəfindən qəbul edilib. Müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişaf sahəsində ciddi nailiyyətlər əldə etdiyini, ölkəmizə xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar və işgüzar şərait yaradıldığını, hazırda bu istiqamətdə müxtəlif dövlət proqramlarının həyata keçirildiyini vurğulayan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Sloveniya – Azerbaycan arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirib. Oz novbəsində Sloveniya baş naziri ölkəsinde geden islahatlar barede məlumat verib, Azərbaycanla butun sahələrdə, xususilə energetika ve turizm sahələrində əlaqələrin güclənməsində hökümətinin maraqlı olduğunu buldirib.

Qeyd edilməlidir ki, Azərbaycan numayəndə heyətinin səfərini pozmağa cəhd edən Ermənistan parlamenti xarici əlaqələr komitəsinin sədri, Avronest PA-da bu əlkənin nümayəndə heyətinin rəhbəri Zakaryan Sloveniya parlamentinə rəsmi müraciət edərək tədbirin qarşısının alınmasını tələb edib.

Lakin bu muraciət Azərbaycan numayəndə heyətinin Sloveniya səfərinin uğur qazanmasına və ölkəmizin ədalətli mövqeyinin çatdırılmasına heç bir təsir göstərməyib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları