Millət vəkilinin məktubu dünya mediasının gündəmində

Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun AŞPA-ya məktubu haqda məlumat dünya mediasında geniş yayılıb. Publika.Az ingilis, alman və fransız dillərində 345 onlayn saytda yerləşdirilmiş materialı təqdim edir.

“Ermənistanın Avropa Şurasında gələcək sədrliyi Azərbaycanda narahatlıq yaradır:

 Azərbaycan qonşu Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi barədə qərarına qarşı etirazını bildirir, çünki sözügedən ölkə milyonlarla Azərbaycan vətəndaşının köçkün düşməsi və fundamental hüquqlarının pozulması ilə nəticələnən işğalı davam etdirir”.

E.Süleymanov ictimaiyyətə yaydığı AŞPA-ya ünvanlanmış məktubunda Avropa Şurası Parlament Assambleyasında Ermənistanın iyuldan sədrlik etməsini sual altına qoyur.
“Digər üzv dövlətin ərazilərini hərbi işğal altında saxlayan dövlətin sədrliyini necə qiymətləndirirsiniz?” – deyə o, məktubda soruşur.O, eyni zamanda bildirib ki, BMT, Avropa Parlamenti və hətta AŞPA-nın özünün qətnamələrinə zidd olaraq 25 ildir digər üzv dövlətin ərazisini işğal altında saxlamasına baxmayaraq, Ermənistana sədrlik həvalə olunub.

Süleymanov 1992-ci il 26 fevralda Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğınla əlaqəsi olan keçmiş hərbi komandir Serj Sərkisyanın yenidən seçilməsi ilə nəticələnən bu ilki prezident seçkiləri ilə bağlı da məsələ qaldırıb.Norveçli siyasətçi xanım Karin Voldsetin rəhbərlik etdiyi AŞPA-nın müşahidə missiyası hesabatda Azərbaycan ərazisinin hərbi işğala məruz qalmasını qeyd etsə də, seçkiləri demokratik olaraq qiymətləndirmişdir. Belə ki, Süleymanov öz məktubunda bunun “demokratiya, söz azadlığı və hüququn aliliyi”nin bütün qaydalarına zidd olduğunu qeyd edib.

Voldsetin hesabatına cavab olaraq, Süleymanov Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə mouşn sənədi təqdim edib.Məsələ ilə bağlı mübahisə Ermənistanın prezident seçkilərindən sonra ötən ay Parisdə AŞPA sessiyasında çıxış edərkən Süleymanovun sözünün kəsilərək çıxışına mane olunması nəticəsində yaranmışdı.

AŞPA-nın Monitorinq Komitəsinin sədri Andres Herkel daha sonra Süleymanovun çıxışının kəsilməsinin vaxt məhdudiyyəti ilə əlaqədar olduğunu əsas gətirmiş və iddia Azərbaycan nümayəndə heyəti tərəfindən rədd edilmişdir.Bu insidentdən sonra Süleymanov şikayətlərinə məhəl qoyulmadığını bildirdi. Bu dəfə o, iyulda Ermənistanın Nazirlər Komitəsinə rəhbərlik etməsindən əvvəl AŞPA həmkarları ilə dialoq quracağına ümid edir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları