Millət vəkili beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyini salfetə bənzətdi

 

Azərbaycan ərazilərinin sülh yolu ilə azad olunması bir əfsanə, bir nağıldır. Trend-in məlumatına görə, bunu Milli Məclisin üzvü Elxan Süleymanov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimat mərasimində bildirib.

O, qeyd edib ki, faciədən artıq 25 il keçir, yəni 25 yaşlı Azərbaycan gənci artıq bu hadisənin içində deyil. Bu isə çox qorxulu məqamdır.

 

Millət vəkili Dağlıq Qarabağ münaqişəsində beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyinin salfet kağızı qədər zəif olduğunu bəyan edib: “Bu gün bizə verilən dəstək salfetdən də zəifdir. Beynəlxalq təşkilatların qətnamələri heç bir nəticə verməyib. Deməli, onlar salfet kağızı qədər də əhəmiyyətli deyil. Sadəcə deyirlər ki, ərazilərin tutulmasını pisləyirik”.

Onun fikrincə, bu, münaqişə deyil, əslində silahlı işğaldır: “Biz “münaqişə” sözünü işlətməklə ermənilərə kömək edirik”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları