Millət vəkili: «Beynəlxalq ictimaiyyəti Serj Sarqsyanın prezidentliyini qeyri-legitim hesab etməyə çağırırıq»
«18 fevral 2013-cü ildə Ermənistanda prezident seçkiləri keçirilib. Beynəlxalq ictimaiyyət seçkilər zamanı “dövlət administrasiyasının bitərəf olmaması, inzibati resurslardan sui-istifadəni” qeyd edib və seçicilərə təzyiq hallarından narahatlığını bildirib. Seçki günü “vəzifəli şəxsləri təmsil edən nümayəndələr tərəfindən prosesə qeyri-müvafiq müdaxilə olmasını və bəzi ciddi qanun pozuntularını” müşahidə etdiklərini vurğulayıblar». Bu fikirlərin Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanovun hafta-ichi.az-a göndərdiyi bəyanatında yer alıb. Sənəddə həmçinin «Ancaq beynəlxalq ictimaiyyətin bu ciddi qeydləri bizi narahat etmir», – deyə bildirilib: «Bizi narahat edən və dərindən təəssüfləndirən beynəlxalq ictimaiyyətin Ermənistanda keçirilmiş prezident seçkilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından müsbət qiymətləndirilməsidir.
«18 fevral 2013-cü ildə Ermənistanda prezident seçkiləri keçirilib. Beynəlxalq ictimaiyyət seçkilər zamanı “dövlət administrasiyasının bitərəf olmaması, inzibati resurslardan sui-istifadəni” qeyd edib və seçicilərə təzyiq hallarından narahatlığını bildirib. Seçki günü “vəzifəli şəxsləri təmsil edən nümayəndələr tərəfindən prosesə qeyri-müvafiq müdaxilə olmasını və bəzi ciddi qanun pozuntularını” müşahidə etdiklərini vurğulayıblar». Bu fikirlərin Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanovun hafta-ichi.az-a göndərdiyi bəyanatında yer alıb. Sənəddə həmçinin «Ancaq beynəlxalq ictimaiyyətin bu ciddi qeydləri bizi narahat etmir», – deyə bildirilib: «Bizi narahat edən və dərindən təəssüfləndirən beynəlxalq ictimaiyyətin Ermənistanda keçirilmiş prezident seçkilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından müsbət qiymətləndirilməsidir. Hər halda bu ölkə qonşusu Azərbaycana qarşı silahlı təcavüz edib, indiyədək 20% Azərbaycan ərazilərini hərbi işğal altında saxlayır, işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beləliklə, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kütləvi və kobud şəkildə pozub, onları qaçqın və məcburi köçkünə çevirib. Xatırlayın ki, tək Azərbaycan deyil, bütövlükdə dünya ictimaiyyəti dəfələrlə Ermənistanı törətdiyi bu hərbi cinayətlərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıması faktı ilə üz-üzə qoyub. Ermənistanın işğalçılıq fəaliyyəti, törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətləri demokratiya, insan hüquqları və hüququn aliliyi ilə nəinki ziddiyyət təşkil edir, hətta bu dövlətin həmin prinsipləri tanımaq belə istəmədiyini sübut edir. Odur ki, Ermənistanda keçirilmiş prezident seçkilərinin beynəlxalq ictimaiyyət tərəfindən demokratiklik, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirmələri bu dəyərlərə hörmətsizliyin təzahürü kimi qiymətləndirilir…».
Bəyanatda həmçinin vurğulanır: «Qeyd edilənləri nəzərə alaraq, beynəlxalq ictimaiyyətdən və seçkiləri rəsmi müşahidə missiyalarından Ermənistanda keçirilmiş prezident seçkilərini, Serj Sarqsyanın prezident seçilməsini qeyri-legitim hesab etməyə çağırırıq. Eyni zamanda, Avropa İttifaqını Azərbaycan əraziləri hərbi işğaldan azad edilməyənədək Ermənistanla Assosiasiya sazişi imzalamaqdan imtina etməyə, ATƏT və AŞ Parlament Assambleyalarında, Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda yaranmış vəziyyətin müzakirə edilməsini tələb edirik.
Nəzərə almaq lazımdır ki, Ermənistandakı seçkilərin yalnız ədalətli qiymətləndirilməsi Ermənistanın Azərbaycana qarşı davam edən hərbi işğalı səbəbindən Azərbaycan və erməni xalqları arasında mövcud düşmən münasibətlərinin dərinləşməsinin qarşısının alınmasına kömək edəcək. Bu, həmçinin digər ölkələrdə yeni işğalçı müharibələrin baş verməsinin qarşısını almağın yeganə yoludur».