Milli Məclisin sədri AŞPA-nın Avropa Xalq Partiyası fraksiyasının üzvlərini qəbul edib

APA – 21.07.2011

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan AŞPA-nın Avropa Xalq Partiyası fraksiyasının üzvlərini qəbul edib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın bu günədək Avropa Şurasının 55 sənədinə qoşulduğunu xatırladan O. Əsədov qurum qarşısında götürülmüş öhdəliklərin çox böyük hissəsinin yerinə yetirildiyini və bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb: “Yaxın gələcəkdə biz “Siyasi partiyalar haqqında” yeni qanun qəbul etməyə hazırlaşırıq.

Avropa ölkələrinin çoxunun qəbul etmədiyi “Diffamasiya haqında” qanunun hazırlanması prosesi gedir. Azərbaycan dünyanın ən tolerant ölkələrindən biri hesab olunur. Burada müxtəlif dini konfessiyalar birgə fəaliyyət göstərirlər. Vicdan azadlığı Konstitusiya ilə təsbit olunub. Biz Avropaya inteqrasiya istiqamətində nə lazımdırsa edirik. Lakin bəzən bir sıra beynəlxalq qurumlar bizdən Avropanın özündə qəbul olunmayan addımlar atmağı tələb edirlər. Əlbəttə ki, bu yolverilməzdir”.
MM sədri onu da əlavə edib ki, Dağlıq Qarabağ problemi regionun hərtərəfli inkişafına və Avropaya inteqrasiya proseslərinə böyük maneçilik törədir. Münaqişənin həllinin yubanması Avropa təhlükəsizlik arxitekturasını da təhdid edir.
Nümayəndə heyətinin rəhbəri Luka Volonte Azərbaycanda keçirdikləri görüşlərdən və aparılan danışıqlardan razı qaldıqlarını söyləyib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları