Milli Məclisdə spiker Oqtay Əsədov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi ilə görüş keçirib – 15.12.2010

APA-nın məlumatına görə, görüşdə 12 nəfərlik əsas və ehtiyat üzvlərdən ibarət heyət elan olunub.

 

Altı nəfərlik əsas heyətə Səməd Seyidov, Əli Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Rafael Hüseynov və Rövşən Rzayev daxildir. Ehtiyat heyətdə isə Fəzail İbrahimli, Elxan Süleymanov, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa yer alıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov, onun müavini vəzifəsinə isə Əli Hüseynov təyin olunub.

 

Qeyd edək ki, Azərbaycan parlamentini beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətləri Milli Məclis sədri tərəfindən müəyyənləşdirilir.

Xatırladaq ki, AŞPA-nın qış sessiyasının iclası yanvarın 24-28-də Strasburqda keçiriləcək. Sessiyanın gündəliyinə Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələ də daxil edilib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları