Millət vəkilləri AvroNest PA iclasında iştirak edəcək

Fevral ayında AvroNest PA komitələrinin iclasları keçiriləcək. Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, AvroNest PA Enerji Təhlükəsizliyi komitəsinin iclası 11-13 fevralda Bakıda (Azərbaycan), Siyasi Məsələlər Komitənin iclası 12-13 fevralda Tifliidə (Gürcüstan), İqtisadi İnteqrasiya Komitəsinin iclası isə 14-15 fevralda Kişinyovda (Moldova) keçiriləcək. O qeyd edib ki, ölkəmizi Siyasi Məsələlər Komitəsinin iclasında millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı, İqtisadi İnteqrasiya Komitəsinin iclasında millət vəkillləri Əli Hüseynli, Azər Kərimli və Hacı Salayev, Enerji Təhlükəsizliyi Komitəsinin iclasında isə Gülçöhrə Məmmədova, adı çəkilən komitənin həmsədri Fuad Muradov və Rasim Musabəyov təmsil edəcəklər.

E.Süleymanov komitələrin iclaslarının gündəliyinə diqqət çəkərək vurğulayıb ki, bu ilin may ayında Brüsseldə AvroNest PA-nın 3-cü növbəti plenar sessiyası keçiriləcək. Komitə iclaslarında 3-cü plenar sessiya zamanı müzakirəyə çıxarılacaq məruzə layihələrinin ilkin təqdimatı keçiriləcək. Millət vəkili əlavə edib ki, Siyasi Məsələlər Komitəsinin iclasında Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü Riszard Çarneki və Ukrayna parlamentinin üzvü Boris Tarasyuk tərəfindən hazırlanmış “Şərqi Avropa tərəfdaş ölkələrində regional təhlükəsizlik çağırışları” məruzəsi müzakirəyə çıxarılacaq. İqtisadi İnteqrasiya Komitəsinin iclasında isə həmməruzəçilər – Avropa Parlamentinin deputatı, Sosialistlərin və Demokratların Mütərəqqi Birliyinin üzvü Yevgeni Kirilov və Moldova parlamentinin üzvü Veaçeslav Yonita – “Şərq Tərəfdaşlığı ölkələrinin milli qanunvericiliyinin Avropa Biriyinin iqtisadi sahədə olan qanunvericilik ilə uzlaşdırılması” mövzusunda məruzəni təqdim edəcəklər.

Enerji Təhlükəsizliyi Komitəsinin  Bakı iclasında isə “Enerji bazarı ilə bağlı enerji təhlükəsizliyi və Şərqi Avropa Tərəfdaşı dövlətləri ilə ABı dövlətləri arasında uyğunlaşdırma” məruzəsi müzakirəyə çıxarılacağını bildirib. O, məruzənin Avropa Parlamentinin Nederlanddan olan deputatı, Avropa Vahid Sosialistlər qrupunun üzvü cənab Gerben-Jan Gerbrandi və Gürcüstan Parlamentinin üzvü cənab David Onoprişvili tərəfindən hazırlandığını diqqətə çatdırıb. İclasda  sənaye və energetika naziri Natiq Əliyevin, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun və Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun çıxışlarının nəzərdə tutulduğunu bildirib. İclasa qatılacaq deputatların  Prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul ediləcəyi gözlənilir. 
 
Komitə iclaslarında həmməruzəçilər Komitə üzvlərinə məruzə layihələrinə əlavə və düzəlişlərlə bağlı təklifləri üçün son tarix təklif edəcəklər. AvroNest PA-nın Avropa Parlamenti komponenti tərəfindən əlavə və düzəlişlər üçün son tarix kimi 20 mart 2013-cü il təklif edilib. Müəyyən edilmiş tarixə qədər təklif edilən əlavə və düzəlişlər də nəzərə alınmaqla məruzə layihələrinin son variantı hazırlanacaq. Məruzə layihələrinin son variantı komitələrin AvroNest PA-nın plenar sessiyası çərçivəsində Brüsseldə keçiriləcək iclaslarında müzakirə yenidən edilərək, təsdiqlənmək üçün səsverməyə çıxarılacaq və bundan sonra 28-29 may 2013-cü il tarixdə AvroNest PA-nın plenar iclasında Komitə tərəfindən təklif olunan yekun məruzə qəbul olunacaq. 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları

Millət vəkilləri AvroNest PA iclasında iştirak edəcək

Fevral ayında AvroNest PA komitələrinin iclasları keçiriləcək. Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, AvroNest PA Enerji Təhlükəsizliyi komitəsinin iclası 11-13 fevralda Bakıda (Azərbaycan), Siyasi Məsələlər Komitənin iclası 12-13 fevralda Tifliidə (Gürcüstan), İqtisadi İnteqrasiya Komitəsinin iclası isə 14-15 fevralda Kişinyovda (Moldova) keçiriləcək. O qeyd edib ki, ölkəmizi Siyasi Məsələlər Komitəsinin iclasında millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı, İqtisadi İnteqrasiya Komitəsinin iclasında millət vəkillləri Əli Hüseynli, Azər Kərimli və Hacı Salayev, Enerji Təhlükəsizliyi Komitəsinin iclasında isə Gülçöhrə Məmmədova, adı çəkilən komitənin həmsədri Fuad Muradov və Rasim Musabəyov təmsil edəcəklər.

(more…)