Millət vəkilinin təşkil etdiyi beynəlxalq konfransa 232 reaksiya

Noyabrın 22-də Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə İspaniya Senatında Azərbaycanla İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş “Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi” mövzusunda konfrans keçirilib. 
Teleqraf.com-un məlumatına görə, CNBC, Wall Street Journal, Business Journal, Yahoo, Austria Presse Agentur, Deutsche Presse Agentur, Focus, ADVFN France, Biz-Affaire kimi resurslarda, bütünlükdə 232 ünvanda tədbir haqqında məlumat yayılıb.

Məlumatda deyilir: “Cümə axşamı İspaniyanın paytaxtı Madrid şəhərində  “Azərbaycan bugünkü Avropada” adı altında keçirilən konfransda Azərbaycan və İspaniya arasında sülh, təhlükəsizlik, enerji və ticarət sahələrində qarşılıqlı inamın qurulmasının əhəmiyyəti qeyd olundu. Konfransın gedişində uzunmüddətli münaqişə ilə bağlı məlumatlılığın artırılması üçün İspaniya Senatında tezliklə Dağlıq Qarabağdakı vəziyyətə dair yeni qətnamənin irəli sürüləcəyi elan olundu.
Konfrans AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə təşkil olunmuşdu. Onun nümayəndə heyəti 3-ü müxalifət təmsilçisi olmaqla 7 deputatdan ibarət idi.
Senatın Xarici İşlər və Əməkdaşlıq Komissiyasının prezidenti Alexandro Munoz-Alonso Azərbaycan nümayəndə heyətini salamlayaraq, Azərbaycanın Avropa İttifaqı Qonşuluq siyasətinin vacib tərkib hissəsi olduğunu bildirdi və ölkəni bundan sonra da Aİ dəyərlərinə çağıraraq, Aİ-nın Azərbaycan ilə iqtisadi və siyasi inteqrasiyanın dərinləşməsinə tərəfdar çıxdığını bir daha qeyd etdi.
İspaniya xarici işlər naziri Xose Manuel Qarsia Marqallo və İspaniya Senatının vitse-prezidenti Xuan Xose Lukas ilə görüş zamanı E.Suleymanov konfrans çərçivəsində “böyük geosiyasi əhəmiyyətə malik regionlarda yerləşən Azərbaycan və İspaniyanın hər ikisinin də çoxmədəniyyətli ölkə olduqlarını” vurğulayaraq, onları Azərbaycana səfər etməyə dəvət etdi. Azərbaycanın millət vəkili əlaqələrin səviyyəsinin yalnız ticarət və enerji sahələrindəki əməkdaşlıqda deyil, kənd təsərrüfatı və turizm kimi digər sahələrdə də genişləndirilə biləcəyini əlavə etdi”.
Sovet hakimiyyəti dövründəki fasiləyə baxmayaraq, Elxan Suleymanov Azərbaycanın uzunmüddətli parlament ənənəsinə istinad edərək, vətəndaş cəmiyyətinin inkişafında bu iki dövlətin bir-birilərinin təcrübələrindən faydalana biləcəklərini bildirdi. İspaniya Senatoru Xose Maria Çiquillonun ev sahibliyi etdiyi konfransda 80 senator və onların müavinləri, eləcə də tanınmış elm adamları, işgüzar şəxslər və QHT nümayəndələri də daxil olmaqla, 180-dən artıq görkəmli xadim iştirak etdirdi.
Süleymanov öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana 431 milyard dollardan artıq dəyərdə maddi ziyan vurduğunu qeyd etdi və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə çağıran BMT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrin heç birinin yerinə yetirilmədiyini qınadı.
Konfransda Dağlıq Qarabağa dair BMT qətnamələrin hüquqi mülahizələri ilə bağlı canlı debat oldu. Bu qətnamələr daha sonra Senator Xose Maria Çiquillo və Azərbaycan baş nazirinin müavini və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən müzakirə olundu”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları