Millət vəkilinin təşəbbüsü ilə Qarabağ əlilinin ailəsi üçün ev tikilib
Həbibə/Azadİnform. Şamaxının Qaleyburt kəndində Qarabağ əlilinin ailəsi üçün tikilən fərdi yaşayış evinin açılışı olub. “Azadinform” xəbər verir ki, kənd sakini, ikinci qrup Qarabağ əlili Mərdan Hacıyevin oğlu Bilal Hacıyevin ailəsi üçün mənzil Şamaxının deputatı Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa edilib.
Açılış mərasimində rayonun icra başçısı Asif Məmmədov və Belçika-Azərbaycan dostluq qrupunun sədri Flip Blanşe də iştirak edib. Qeyd edək ki, E.Süleymanov Milli Məclisdə Azərbaycan-Belçika dostluq qrupunun sədridir. F.Blanşe gənc ailəyə hədiyyələr təqdim edib.
B.Hacıyev bu ilin yayında ailə qurub və dörd otaqlı evin təməli də həmin vaxt qoyulub.