Millət vəkilinin kitabı ABŞ-da çap olundu

Müəlliflər işğal nəticəsində Azərbaycana 431 milyard dollar dəyərində ziyanın dəydiyi qənaətindədirlər 

Amerikada millət vəkili Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı nəşr edilib.

AzNews.az-ın məlumatına görə, kitaba ön sözü ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, eks-konqresmen Solomon Ortiz yazıb. Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi əsasları araşdırılır, beynəlxalq təşkilatlar (BMT, Avropa Parlamenti, AŞPA, ATƏT, NATO, İƏT) tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması, Azərbaycanın tarixi və mədəniyyət abidələrinə, nəhayət sosial-iqtisadi durumuna dəymiş zərər təhlil edilir. Həmçinin, işğal nəticəsində Azərbaycana vurulmuş iqtisadi zərərin ilkin miqdarı indiki bazar qiymətləri ilə hesablanıb. 

 

Müəlliflər işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarını hesablayarkən konkret metodika tətbiq ediblər və ölkəyə dəymiş ziyanın həcminin 2011-ci ilin əvvəllərinə 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ dollarından artıq təşkil etməsi qənaətinə gəliblər.

Qeyd edək ki, bu kitab müəlliflərin Azərbaycan dilində 2012-ci ilin
əvvəllərində nəşr edilmiş eyniadlı əsərinin tərcüməsidir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları