Millət vəkilinin ABŞ-da kitabı dərc olundu

Teleqraf.com-un məlumatına görə, kitaba ön sözü ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, eks-konqresmen Solomon Ortiz yazıb.
Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi əsasları araşdırılır, beynəlxalq təşkilatlar (BMT, Avropa Parlamenti, AŞPA, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı) tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması, işğal nəticəsində ölkədə fövqəladə humanitar vəziyyətin yaranması, Azərbaycanın tarixi və mədəniyyət abidələrinə, ətraf mühitinə və təbii sərvətlərinə, sosial-iqtisadi durumuna dəymiş zərər təhlil edilir, Azərbaycana vurulmuş iqtisadi zərərin ilkin miqdarı indiki bazar qiymətləri ilə hesablanır.
Müəlliflər işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarını hesablayarkən konkret metodika tətbiq ediblər. Kitabda bildirildiyinə görə, işğalın Azərbaycana vurduğu ziyanın həcmi 2011-ci ilin əvvəllərinə 431,536 milyard ABŞ dolları məbləğindədir.
Elxan Süleymanov və Vurğun Süleymanovun ABŞ-da çap edilmiş kitabı Azərbaycan dilində 2012-ci ilin əvvəllərində nəşr olunmuş eyniadlı əsərinin tərcüməsidir.