Millət vəkili Ramil Səfərovla bağlı Avronestə müraciət etdi

Millət Vəkili, Azərbaycanın Avronest Parlament Assambleyasındakı Nümayəndə heyətinin sədri Elxan Süleymanov Avropa Parlamenti Prezidenti,  Siyasi Qrup Rəhbərləri, Avropa Parlamenti üzvləri, Avronest Parlament Assambleyası həmsədrləri, Şərq tərəfdaşlığı ölkələrinin Avronest PA üzvlərinə müraciət ünvanlayıb. Publika.Az-ın verdiyi xəbərə görə, müraciət Ramil Səfərovun işi ilə bağlı Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin mövqeyi əks olunub.

Millət vəkili Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması, “Məhkum Olunmuş Şəxslərin Ekstradisiyası üzrə Avropa Konvensiyası” na əsasən həyata keçirildiyini bildirib.
“Avropa Konvensiyasının 12 – ci maddəsi açıq şəkildə icazə verir ki, hər hansı bir üzv ölkə öz konstitusiyasına və milli qanunvericiliyinə görə əfv, amnistiya və ya cəzanın yüngülləşdirməsini təmin etsin (in casu, Azərbaycan Respublikasının 109.22 –ci maddəsi). Bu halda ekstradisiya prossesi və daha sonra əfv bu Avropa Konvensiyası və beynəlxalq hüquq standartlarına tam uyğundur”.
Millət vəkili Azərbaycan Leytinantı Ramil Səfərov, 8 il həbsdə yatmışdır, 20 ildən bu yana isə, minlərlə Azərbaycanlı mülki şəxslər ermənilər tərəfindən qətlə yetirildiyinə görə bu günə qədər heç bir erməni cəzalandırılmadığını bildirib.
“Ermənistanın, Ramil Səfərovla bağlı beynəlxalq aləmdə qaldirdığı bu müzakirə, onların təcavüzlə işğal etdikləri ərazilərdə qanunsuz möhkəmlənməsi və bəynəlxalq təşkilatların, (BMT, AŞPA, AP, ATƏT və s.) qeyd-şərtsiz zəbt olunmuş torpaqları işğaldan azad etməsi tələblərindən imtina etməsi məqsədi güdür”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları