Millət Vəkili öz seçicilərinə dəstək verir
Şamaxı rayonu Sabir qəsəbəsi sakini Şıxıyev Əvəz Şıxı oğluna və onun ailə üzvlərinə rayon Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahələri ayrılmış və 30.06.2009-cu ildə bu torpaq sahələri üçün “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanmışdır. Bu tarixdən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq vətəndaş bu sənədləri əldə edə bilmirdi. Bununla bağlı dəfələrlə Komitənin rayon və regional bölmələrinə müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Vətəndaş Şıxıyev Əvəz məsələ ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə də müraciət etmişdir. Komitə məsələnin araşdırılması və nəticə ilə bağlı vətəndaşa məlumat verilməsi üçün 03.08.2010-cu ildə Şamaxı rayon şöbəsinə rəsmi məktub ünvanlanmışdır. Rayon şöbəsindəki yerli məmurlar komitənin müraciətinə də məhəl qoymamış və bununla da vətəndaşın hüquqlarını kobud şəkildə pozmaqda davam etmişlər.
Millət Vəkili bütün seçiciləri kimi Şıxıyev Əvəz Şıxı oğlunun probleminə də biganə qalmamış, məsələ ilə bağlı müvafiq qurumlara deputat müraciəti ünvanlamış və problemin dərhal həll edilməsini tələb etmişdir. Nəticədə vətəndaşa və onun ailə üzvlərinə torpaq sahələrinin sənədləri təqdim edilmişdir.