Millət vəkili Elxan Süleymanov Novruz bayramı münasibətilə Fatimə və Zəhra Rzayevaları təbrik edib – 19.03.2011
Martın 19-da Şamaxının millət vəkili Elxan Süleymanov rayondakı qərargahında Mədrəsə kəndinin balaca sakinləri Fatimə və Zəhra Rzayevaları Novruz bayramı münasibətilə təbrik edib. Millət vəkili hələ yeni il ərəfəsində Şamaxının kiçik yaşlı sakinlərinə bayram hədiyyələri təqdim edərkən, Fatimə və Zəhranı Novruz bayramında da təbrik edəcəyinə söz vermişdi. Balacalara bayram sovqatı təqdim edən millət vəkili onlarla xatirə şəkilləri çəkdirib.