Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə şamaxılı aprel şəhidləri yad edilib

web_MG_4659Aprelin 4-də Şamaxı şəhərindəki Mədəniyyət Sarayında Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib. Şamaxı ictimaiyyəti nümayəndələrinin, hərbçilərinin, şəhid ailələrinin iştirak etdikləri tədbir 2016-cı ilin aprel döyüşləri zamanı həlak olan şamaxılı döyüşçülər – Samir Kaçayevin, Nazım Zəkərəyevin və Elşən Səmədovun xatirələrinə həsr olunmuşdu.Tədbiri giriş sözü ilə millət vəkili Elxan Süleymanovun Şamaxı rayonundakı səlahiyyətli nümayəndəsi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev açdı. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı şöbəsinin rəisi Nasir Qurbanov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ehtiyatda olan zabit, birinci Qarabağ müharibəsinin iştirakçısı Yalçın Şıxıyev ötən ilin aprelində erməni silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdikləri şücaətlərdən danışdılar.

Dəyanət Musayev iştirakçılara AVCİYA-nın layihəsi olan 1905.az portalının “1905.az kitabı” layihəsindən bəhs etdi və sözü bu layihə çərçivəsində çapdan çıxmış “Samir! Nazim! Elşən!” kitabının müəllifi Aida Eyvazlı Göytürkə verdi. Xatırladaq ki, kitaba yuxarıda adları çəkilən şəhidlərlə bağlı müəllifin Modern.az saytında dərc edilmiş yazıları daxil edilib. Aida Eyvazlı Göytürk kitab haqqında ətraflı danışaraq, Azərbaycanın qalibiyyət şəhidlərinin həyat yolu ilə bağlı məlumat verdi. Aida xanım “Samir! Nazim! Elşən!” kitabının ərsəyə gəlməsində göstərdiyi köməyə görə Elxan Süleymanova minnətdarlığını bildirdi. Samir Kaçayevin Çuxuryurd kənd tam orta məktəbində sinif rəhbəri olan Güntəkin Xummetov şəhid haqqında xairələrini bölüşdü, Nazim Zəkərəyevin atası Nadir Zəkərəyev tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Şamaxının millət vəkilinin dəstəyi ilə 2011-ci ildən keçirilən Mirzə Ələkbər Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri xalq şairi Qabilin “Azərbaycan əsgəri” şeirini söylədilər. Tədbirin sonunda çıxış edən Şamaxının millət vəkili Elxan Süleymanov 2016-cı il aprel döyüşlərində əldə olunmuş qələbənin tarixi əhəmiyyətindən danışaraq, Azərbaycanın bu döyüşlərdə öz gücünü düşmənə və dünyaya bir daha sübut etdiyini və indiki vəziyyətlə heç vaxt barışmayacağını göstərdiyini qeyd etdi. Millət vəkili Şamaxı şəhidlərinin valideynləri qarşısında baş əydi və onların qanının yerdə qalmayacağını vurğuladı.

Tədbirdən sonra Şamaxıdakı Şəhidlər Xiyabanı ziyarət olundu və şəhid məzarlarının üzərinə gül dostələri qoyuldu.
Daha sonra Şamaxı şəhərindəki “Miras” Kitav Evində Aida Eyvazlı Göytürk “Samir! Nazim! Elşən!” kitabını oxucular üçün imzalayıb.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

36

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu