Meysəri və Muğanlı kəndlərinin seçiciləri ilə görüş olub
Oktyabrın 31-də Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Meysəri və Muğanlı kəndlərinin seçiciləri ilə görüşü olub.Görüşlər adları qeyd olunan kəndlərin klublarında keçirilib.
Yağmurlu hava şəraitinə baxmayaraq görüşlər seçicilərin fəallığı şəraitində baş tutub.Namizəd E.Süleymanov öz seçki platforması barədə görüş iştirakçılarına məlumat verib, onların suallarını cavablandırıb.
Görüş iştirakçıları namizəd E.Süleymanovu seçkilərdə dəstəkləyəcəklərini vurğulayıblar.