Mayın 25-də Şamaxıda M.Ə.Sabir günlərinə həsr olunmuş tədbir keçirilmişdir
Sonra çıxış edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının müvini Əşrəf Şükürov tədbirin Şamaxı rayonunun ictimai həyatında xüsusi əhəmiyyətə malik olduğunu, şagird və tələbələrə yeni stimul verdiyini qeyd etmişdir.
Şamaxı rayon ziyalısı, filalogiya elmləri namizədi Eyvaz Eminalıyev də bu müsabiqənin böyük əhəmiyyətə malik olduğunu vuğulayaraq, müsabiqənin qaliblərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Çıxış üçün söz Yazıçılar Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdüri Ədalət Əsgəroğluna verimişdir. Ədalət Əsgəroğlu tədbirin təşkilatçılarına Yazıçılar Birliyinin sədri Anarın təbriklərini çatdıraraq, bu xeyirxah missiyanın davamlı olmasını arzulamışdır.
Mirzə Ələkbər Sabir nəslinin nümayəndəsi Musa Ələkbərli çıxışında, M.Ə.Sabir irsinə olan hörmət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlıq ifadə etmişdir.
Münsiflər heyətinin sədri kinorejissor Tofiq İsmayılov müsabiqənin təşkili və münsiflər heyətinin fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etmişdir ki, müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak etmişlər. Final turunda 61 nəfərin içtirak etdiyi müsabiqədə 10 nəfər qalib adını qazanmışdır. Məmişova Günay, Məmişov Ruslan 1-ci yerə, Mirzəyeva Lamiyə, Kərimova Zərəfşan, Qarayeva Afaq 2-ci yerə, Pənahova Elnarə, Əfəndiyeva Nəzrin, Heybətova Nuranə, Məcdunov Elcan, Məmmədov Tərlan isə 3-cü yerə layiq görülmüşlər.
Bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov da M.Ə.Sabir yaradıcılığından geniş söz açaraq, qalibləri təbrik etmişdir.
Yekun sözü ilə AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov şıxış etmişdir. E. Süleymanov M.Ə.Sabir şəxsiyyəti, yaradıcılığı, onun Azərbaycan xalqının maariflənməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, belə müsabiqələrin gənc nəslin vətənpərvər ruhda yetişməsi, onların elmə, təhsilə olan marağının artması üçün vacib olduğunu xüsusi olaraq diqqətə çatdırmışdır.. Elxan Süleymanov qaliblərə uğurlar arzulamış, onlara pul mükafatı, kitablar və diplomlar təqdim etmişdir.