Kristian Vigennin: “Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etsəydi, təmsilçisinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunardı”
4 aprel 2012-ci il
“Mən belə boykotları xoşlamıram”
“Azərbaycan tərəfi Ermənistan nümayəndələrinin Avronest Parlament Assambleyasının Bakıda keçirilən II plenar sessiyasında iştirakını yüksək səviyyədə təmin etdi”. APA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigennin PA-nın Bakıda keçirilən 2-ci sessiyasının yekunlarına dair mətbuat konfransında deyib.
K. Vigenin onu da deyib ki, əgər Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etsəydi, o zaman bu ölkə təmsilçisinin təhlükəsizliyi bu cür təmin olunardı: “Mən belə boykotları xoşlamıram”.