Konstantinuv-Lodski və Şamaxı qardaşlaşır
Azərbaycanın nümayəndə heyəti Konstantinuv-Lodski şəhərinin meri ilə görüşüblər.Publika.Az-ın verdiyi xəbərə görə, görüş millət vəkili, Avronest Parlament assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətimiz səfərin dördüncü günü Lodz voyevodalığında görüşlər keçirib. Konstantinuv-Lodski şəhərində keçirilən görüşdə şəhərin meri azərbaycanlı qonaqları səmimi salamlayıb.

Şamaxının millət vəkili Elxan Süleymanov və Şamaxı rayon icra hakimiyyəti başçısı Asif Məmmədov çıxış ediblər. Elxan Süleymanov Azərbaycan-Polşa münasibətlərindən söhbət açıb, 1858-ci ildə Şamaxıda anadan olmuş polyak əsilli memar Yevgeni Skibinskinin Bakıda layihələndirdiyi binalardan danışıb.
Memarın anadan olduğu Şamaxı şəhərində abidəsinin qoyulacağını bildirərək, tanınmış Azərbaycan heykəltəraşı Natiq Əliyev tərəfindən hazırlanacaq heykəlin maketini merə təqdim edib.Görüşün sonunda Şamaxı ilə Konstantinuv-Lodski şəhərlərinin qardaşlaşması ilə əlaqədar niyyət protokolu imzalanıb.
Bənzər mövzular
Konstantinuv-Lodski və Şamaxı qardaşlaşır
Şamaxının millət vəkili, Avronest Parlament assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətimiz səfərin dördüncü günü Lodz voyevodalığında görüşlər keçirib.