Ketrin Eşton Xocalı aeroportu ilə bağlı Avropa Parlamenti üzvlərinin sorğusunu cavablandırıb
Onun sözlərinə görə, Avropa Parlamentinin bir qrup deputatı Xocalı aeroportunun istifadəyə verilməsi ilə əlaqədar olaraq Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi xanım Ketrin Eştona sorğu ilə müraciət edib. K. Eşton fevralın 18-də sorğunu cavablandıraraq məsələyə rəsmi münasibət bildirib.

E. Süleymanov deyib ki, K. Eşton ATƏT-in Minsk Qrupu həmsədrlərinin Xocalı aeroportunun istifadəyə verilməsinin gərginliyi artıracağı ilə bağlı narahatlığını ifadə edən 2011-ci il aprel və 2012-ci il iyul bəyanatını tam dəstəklədiyini bildirib. O, uçuşların həyata keçirilməsinin sülh prosesinə kömək etməyəcəyini və Aİ-nin tərəfləri diplomatik həll yolu tapmağa çağırdığını diqqətə çatdırıb. Ali Nümayəndə eyni zamanda tərəflərdən mülki təyyarəyə qarşı hər hansı təhdid və ya gücdən istifadədən imtina etmək, məsələni diplomatik addımlarla həll etmək və siyasiləşdirməkdən çəkinmək barədə Minsk Qrupu həmsədrlərinə verdikləri təminatlarına hörmət və riayət etmələrini gözlədiklərini bildirib.
Ali Nümayəndə eyni zamanda həmsədrlərin beynəlxalq hüquqa müvafiq və öz ərazisi üzərində uçuşlar üçün cari təcrübəyə uyğun hərəkət etmək barədə tərəflərə etdiyi müraciəti xatırladıb.
K. Eşton bildirib ki, AB-nin qeyd edilmiş ismarışları son yüksək səviyyəli diplomatik əlaqələrdə, AB-nin 2012-ci ilin dekabrında Brüsseldə Ermənistan və Azərbaycanla keçirdiyi Əməkdaşlıq Şuralarının iclaslarında, həmçinin regiona yüksək səviyyəli səfərlər zamanı hər iki tərəfə təkrarən çatdırılıb. AB tərəfləri həm hərəkətlərində, həm də sözlərində təmkinli olmağa səsləyib.