“Körpülərin salınması” beynəlxalq konfrans öz işinə başlayıb

Bu gün Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutunun (İNEA) təşkilatçılığı ilə “Körpülərin salınması” beynəlxalq konfrans öz işinə başlayıb.

SİA-nın xəbərinəg görə, konfransın açılışında çıxış edən AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov bildirib ki, Azərbaycan Avropaya inteqrasiya yolunu seçib və bu istiqamətdə böyük inkişaf yolu keçib. O qeyd edib ki, Azərbaycan və Avropa arasında inkişaf körpülərinin salınmasına 20 ildir ki, həll olunmamış qalan Dağlıq Qarabağ münaqişəsi mane olur. Onun sözlərinə görə, Avropanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar bu münaqişənin həllinə ikili standartlardan yanaşır: “Təbii ki, bu da Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra qanunlar və qətnamələr hələ kağız üzərində qalır”.
 
AVCİYA-nın prezidenti həmçinin çıxışında Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı Ermənistan tərəfinin və bir sıra Avropa ölkələrinin haqsız narahatçılığına münasibətini açıqlayıb: “Bir daha bəyan edirik ki, Ramil Səfərovun azadlığa buraxılması beynəlxalq hüquq normaları və sənədləri çərçivəsində baş tutub”.
 
Eyni zamanda o, çıxışında onu da qeyd edib ki, Qafqaz regionunda Azərbaycanın əhəmiyyəti Avropa üçün unikaldır: “Avropaya yönəlik siyasət Azərbaycanın milli xarici siyasətinin əsas sütunlarından biri olduğuna görə, son illərdə ölkəmiz Avropa İttifaqı üçün də ən etibarlı tərəfdaşlardan biri olub”.
 
Daha sonra çıxış edən keçmiş dövlət naziri, İNEA sədri Qramke Yurgen bildirib ki, Avropa Azərbaycan haqqında çox az məlumata malikdir. Onun sözlərinə görə, məhz bu səbəbdən onlar AVCİYA ilə “Körpülərin salınması” adlı beynəlxalq konfransı təşkil ediblər: “Məqsədimiz Azərbaycanın, həmçinin Avropa Birliyinin yüksək rütbəli şəxslərinin bu mövzuda qarşılıqlı görüş və fikir mübadiləsi aparmaları və gələcək perspektivlərinə dair dərin məlumatların, faydalı təcrübənin bir-birinə ötürülməsi və toplanmasını təmin etməkdir.
 
Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara Dəniz regionu Avropanın gələcək siyasi və iqtisadi regionları sırasına daxildir. Burada yalnız neft və qaz nəzərdə tutulmur – bu ölkələr özlərinin iqtisadi artımını geniş baza əsasında qurmaq istəyirlər və qurmalıdırlar. Bütün Avropa Birliyi ölkələri bu sahədə maraqlıdırlar. Bu Azərbaycanın “Avropa Qonşuluq Siyasəti, sabitlik və təhlükəsizlik” siyasətində əməkdaşlığı üçün vacibdir”.
 
“Bizim “Körpülərin salınması” konfransımızın daha geniş formada ölkə prezidentinin və baş nazirin iştirakı ilə keçirilməsi planlaşdırılırdı. Təəssüf ki, bu tədbirlə paralel BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının sessiyası ilə əlaqədar ölkə prezidentlərinin və hökumət başçılarının, habelə prezident İlham Əliyevin iştirakı mümkün olmadı. Eyni səbəb Avropa Birliyi ölkələrinin prezidentləri və Nobel Sülh mükafatı laureatı Martti Ahtisaari üçün də keçərlidir”- deyə, İNEA sədri sözlərinə əlavə edib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları