«Körpülərin salınması» adlı beynəlxalq konfrans işini başa çatdırmışdır

29 sentyabr 2012-ci il

Sentyabrın 28-də Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans işini başa çatdırmışdır. AzərTAc xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə sentyabrın 27-də işə başlayan konfransda Avropanın 14 ölkəsindən 40-dan çox yüksək vəzifəli nümayəndə iştirak etmişdir.

Yerli dövlət və hökumət nümayəndələrinin də qatıldıqları konfransın iştirakçıları arasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, keçmiş dövlət məmurları, nazirlər, Avropa Parlamentinin deputatları, eləcə də Avropa İttifaqı strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları vardı.

29 sentyabr 2012-ci il

Sentyabrın 28-də Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans işini başa çatdırmışdır. AzərTAc xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə sentyabrın 27-də işə başlayan konfransda Avropanın 14 ölkəsindən 40-dan çox yüksək vəzifəli nümayəndə iştirak etmişdir.

Yerli dövlət və hökumət nümayəndələrinin də qatıldıqları konfransın iştirakçıları arasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, keçmiş dövlət məmurları, nazirlər, Avropa Parlamentinin deputatları, eləcə də Avropa İttifaqı strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları vardı.

Konfrans sentyabrın 28-də BMT baş katibinin “İdman inkişafı və sülh naminə” proqramının xüsusi məsləhətçisi Vilfrid Lemke və Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyevin sədrliyi ilə keçirilən “Sərhədsiz idman” adlı üçüncü paneldə işini davam etdirmişdir.

Bu paneldə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Almaniya Şahmat Federasiyasının direktoru Horst Metzinq, FİFA-nın fəxri üzvü, alman futbolunun fəxri prezidenti, keçmiş dövlət katibi Gerhard Mayer-Vorfelder çıxış etmiş, müzakirələr aparılmışdır.

Natiqlər Azərbaycanda idmanın inkişafından, əldə edilən nailiyyətlərdən, ölkədə keçirilən beynəlxalq yarışlardan, idmanın xalqlar arasında dostluq, qardaşlıq körpüsü olmasından danışmışlar.

Bildirilmişdir ki, Azərbaycanın müstəqil və dünya birliyinin bərabərhüquqlu üzvü kimi idman sahəsində əldə etdiyi uğurlar xalqımızın azadlığının və ölkəmizin müstəqilliyinin bəhrəsidir. Ölkəmizin Olimpiya oyunlarında əldə etdiyi nailiyyətlərin qeyd olunduğu paneldə respublikamızda idmanın, bədən tərbiyəsinin inkişafına dövlət tərəfindən böyük diqqət göstərildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, idman xalqları, gəncləri, millətləri bir-birinə yaxınlaşdıran, ünsiyyət yaradan gözəl bir amildir.

Diqqətə çatdırılmışdır ki, keçmişdə Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycan idmanı inkişaf etsə də, bu sahədə əldə olunan nailiyyətlər beynəlxalq aləmdə Ümumittifaq adından tanınırdı. Lakin indi müstəqil Azərbaycan dövlətində idman özünə layiq olan yerini tuta bilmişdir. Azərbaycanda idmana, bədən tərbiyəsinə, idmançılara qayğı gündən-günə artır. Son illərin nailiyyətləri onu göstərir ki, ölkəmizdə idmana, Olimpiya hərəkatına, gənclərimizə göstərilən qayğı gənclərimiz, idmançılar tərəfindən səmərəli istifadə olunur və bu gün biz mühüm nailiyyətlərin şahidiyik.

Eyni zamanda, Bakıda keçirilən beynəlxalq yarışlar da Azərbaycanın idman aləmində artan nüfuzundan xəbər verir. Bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi edən Azərbaycan artıq böyük təcrübəyə malikdir. Bu gün ölkəmizdə davam edən FIFA U-17 qadınlararası dünya çempionatının uğurlu təşkili də deyilənləri sübut edir.

Vurğulanmışdır ki, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanmışlar. Azərbaycanın Olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olmuşdur. Millimiz Avropa ölkələri arasında 15-ci, MDB dövlətləri arasında 5-ci yerdə qərarlaşmışdır.

“Sərhədsiz idman” adlı üçüncü paneldə Azərbaycanda futbolun, şahmatın, boksun və digər idman növlərinin inkişafından geniş bəhs edilmişdir.

Daha sonra konfrans Almaniyanın Humbolt Fondunun baş katibinin müavini Tomas Hesse və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad-İslam” Araşdırmalar Mərkəzinin rəhbəri Rafiq Əliyevin sədrliyi ilə keçirilən “Tədqiqat və təhsil” adlı dördüncü paneldə işini davam etdirmişdir.

Bu paneldə təhsil nazirinin müavini Qulu Novruzov, akademik Vaqif Fərzəliyev, İNEA-nın distant təhsil və Hamburq Tətbiqi Elmlər Universitetinin distant təhsil üzrə rəhbəri Toni Möller, Avropa və Mərkəzi Asiya üzrə “Global Shapers Community”nin meneceri Melih Nurluel, Baltik Dənizi Forumunun nümayəndəsi Prins Kristian zu Şaumburq-Lippe çıxış etmiş, müzakirələr aparılmış, təkliflər səsləndirilmişdir.

Natiqlər Azərbaycanda təhsilin, elmin inkişafından, əldə olunan nailiyyətlərdən və perspektivlərdən, respublikamızın bu sahədə xarici ölkələrlə uğurlu əməkdaşlığından, azərbaycanlı gənclərin xaricdə təhsil almalarından, həmçinin xarici tələbələrin ölkəmizdə təhsil almalarından, bu sahədə Azərbaycanda həyata keçirilən dövlət proqramlarından danışmışlar.

Bildirilmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil alması prosesi müstəqilliyimizin ilk illərindən həyata keçirilməkdədir. Ölkədə təhsil sahəsində 16 dövlət proqramı həyata keçirilir. Bu layihələr təhsilin bütün səviyyələrini əhatə edir. Bu proqramlardan biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”dır. Bu proqram çərçivəsində indiyədək 1800-ə yaxın azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir. Bu gün Yeni Zelandiya, Kanada, Avstraliya, Koreya Respublikası, Çin, Malayziya, Sinqapur, ABŞ, Norveç, İsveç, Finlandiya, İtaliya, Belçika, Böyük Britaniya, Almaniya, Fransa, Niderland və s. ölkələrin müxtəlif ali təhsil müəssisələrində yüzlərlə azərbaycanlı gənc təhsil alır.

Vurğulanmışdır ki, bu il Almaniyada tibb üzrə diplomdan sonrakı pillədə təhsil almağa göndərilənlərin sayı 150 nəfərdən çoxdur. Bu, Azərbaycan həkimləri üçün yaradılan böyük imkandır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir.

Qeyd edilmişdir ki, Avropanın bir sıra ölkələri təhsil və  elm sahələrində Azərbaycan ilə əməkdaşlıqda, o cümlədən təcrübə mübadiləsinin aparılmasında maraqlıdır. Almaniya distant təhsillə bağlı təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır.

Konfransın yekununda İNEA-nın sədri, Almaniyanın keçmiş dövlət naziri Yurgen Qramke və AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı,

AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov çıxış etmişlər.

Natiqlər konfransın əhəmiyyətindən danışmış, Azərbaycanın təşəbbüsü ilə bu cür konfransların keçirilməsini rəsmi Bakının Avropaya inteqrasiyasının, Avropa dəyərlərinə verdiyi dəyərin bariz nümunəsi kimi qiymətləndirmiş, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduqlarını bildirmişlər.

Qeyd edilmişdir ki, konfransın məqsədi Azərbaycanın, həmçinin də Avropa İttifaqının yüksək rütbəli şəxslərinin bu mövzuda qarşılıqlı görüş və fikir mübadiləsi aparmaları, perspektivlərə dair dərin məlumatların, faydalı təcrübənin bir-birinə ötürülməsi və toplanmasını təmin etməkdir.

Natiqlər bu cür konfransların davamlı xarakter almasının əhəmiyyətini vurğulamış, əməkdaşlığın daha da genişləndirilməsindən bəhs etmişlər. 

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları